SON XƏBƏRLƏR

NATO Dağlıq Qarabağ problemini müzakirəyə çıxaracaq

2021.10.20, 07:36
NATO Dağlıq Qarabağ problemini müzakirəyə çıxaracaq

Gunaz.tv

GünAzTv: NATO Ermənistan parlamentinin çağırışlarına məhəl qoymadan, Asambleya Dağlıq Qarabağ probleminin müzakirəsindən imtina etməyəcək.

NATO Parlament Assambleyası Ermənistan parlamentinin çağırışlarına baxmayaraq, Dağlıq Qarabağ probleminin müzakirəsindən imtina etməyəcək. Bu barədə Assambleyanın mətbuat ofisindən verilən məlumatda deyilir.

 Bildirilir ki, Assambleyanın bu məsələ il bağlı müəyyən addımlar atmaq barədə siyasi öhdəlikləri var".

Xatırladaq ki, NATO PA-nın bu ilin noyabrında Varşavada keçiriləcək növbəti iclasında Dağlıq Qarabağ üzrə qətnamənin qəbulu planlaşdırılıb. Ermənistan parlamentinin spikeri Ovik Abramyan qurumun rəhbəri Con Tanerə "NATO PA-nın bununla bağlı müzakirədən imtina etmək xahişi ilə müraciət edib.

Assambleya yaydığı məlumatda isə qeyd olunur ki, "NATO Parlament Assambleyası bu məsələnin müzakirəsi və hansısa qərara gəlinməsi ilə bağlı üzərinə öhdəlik götürüb və bu proses davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar