SON XƏBƏRLƏR

“Traxtur-Rah ahən” müsabiqəsinin son nəticəsi...

2021.10.20, 07:36
“Traxtur-Rah ahən” müsabiqəsinin son nəticəsi...

Gunaz.tv

GünAzTv: Artıq  Təbrizin Səhənd satdyomunda (stadion) milli komandamız “Traxtur”la Tehranın “Rah ahən” taxımı arasında keçirilən müsabiqə sona çatdı.

 

Təbriz vaxtı ilə saat 17:30-da başlayan müsabiqənin birinci hissəsində “Traxtur” 2, “Rah ahən” isə 1 qol vurdu.

 

İkinci hissədə “Traxtur” komandası tərəfindən daha bir qol vuruldu. Bununlada müsabiqə (3 – 1) nəcitəsi ilə “Traxtur”un xeyirinə yekunlaşdı.

 

Qeyd edək ki, “Traxtur”un qolları 5-ci dəqiqədə Məsud İbrahimzadə, 43-cü dəqiqədə Məhəmməd Nüsrəti və 60-cı dəqiqədə Məsud İbrahimzadə tərəfindən vuruldu. “Rah ahən”in oyunçusu Əmin Mütəvəssilzadə isə 37-ci dəqiqədə qol vurdu.

 

Xatırladaq ki, bu müsabiqə İran Futbol Federasiyasının qərarına görə, tamaşaçısız keçirildi. Bütün etirazlara baxmayaraq Federasiya öz ədalətsiz və qərəzli qərarını dəyişmədi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar