SON XƏBƏRLƏR

Təbrizin durumu müsabiqə öncəsi...

2021.10.20, 07:36
Təbrizin durumu müsabiqə öncəsi...

Gunaz.tv

GünAzTv: Bu gün Təbrizin Səhənd Stadyomunda (stadion) “Traxtur”la “Rah ahən”arasında keçiriləcək tamaşaçısız müsabiqə Şəhərdə qeyri-adi vəziyyət yaradıb.

 

Əldə olunan məlumata görə, stadyomun (stadoun) ətrafını İranın Təhlükəsizlik Qüvvələri bürüyüb. Həmçinin stadyoma gedən yol Təhlükəsizlik Qüvvələri tərəfindən tutulub.

 

Güney Azərbaycanın müxtəlif bölgələrindən “Traxtur” tərəfdarları Təbrizə gəliblər.

 

Azərbaycanın digər bölgələrindən Təbrizə gələm “Traxtur” tərəfdarları ilə yerli tərəfdarlar arasında müəyyən ortaq fikirə gəlinib. Qərara görə, Stadyomun ətrafı və oraya gedən yolların bağlı vəya ciddi nəzarət altında olmasını nəzərə alaraq, tərəfdarlar Şəhər boyu yayılacaqlar. Onlar bununla Rejimin Təhlükəsizlik Qüvvələrinin nəzarətini minimoma düşürməyə çalışırlar.

 

“Traxtur” tərəfdarları öz etiraz aksiyalarını şəhərin bütün məhəllələrinə çəkmək niyyətindədirlər. Həmçinin səy olunacaq ki, etiraz aksiyasında Video Görüntülər əldə olunsun və bununlada Azərbaycanlıların etiraz səsi dünyaya çatdırılsın.

 

Qeyd edək ki, Saat 17:30-da Təbrizin Səhənd stadyomunda “Traxtur”la “Rah ahən”arasında yarış başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar