SON XƏBƏRLƏR

Azərbaycan Universitetləri və Təbriz Bazarından qərar: Bazar günü ETİRAZ edəcəyik

2021.10.20, 07:36
Azərbaycan Universitetləri və Təbriz Bazarından qərar: Bazar günü ETİRAZ edəcəyik

Gunaz.tv

GünAzTv: İyul ayının 27-də (mordadın 5-i) “Traxtur” futbol komandası ilə “Piruzi” taxımımnın arasında keçirilən müsabiqə zamanı baş verən hadisələr, millətimizə olan təhqir və nəhayət İran Futbol Federasiyasının məlum qərarı Azərbaycan türk milləti arasında birtürlü həzm olunmur.

 

4 gündür Azərbaycanın bütün təbəqələri arasında dartışılan mövzu get-gedə böyüməkdədir. Artıq bazar günü avqustun 1-i (mordadın 10-u) "Traxtur"la "Rah Ahən"in tamaşaçısız keçiriləcək müsabiqəsi günü kütləvi etiraz bildiriləcək.

 

Etirazla bağlı Azərbaycan universiteleri (Azərbaycanın pedaqoji universitetləri, Sənətiye Səhənd, Təbriz universiteti, Təbriz Azad universiteti, Marağa azad universiteti, Mərənd Azad universiteti) və Təbriz Bazarının işadamları bəyanat yayaraq, kütləvi Etiraza çağırış ediblər.

 

GÖRÜŞ: Təbriz, saat meydanından Səhənd satdyomuna (stadion) tərəf, Bazar günü (avqustun 1-i / mordadın 10-u) , saat 16

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar