SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları qadağaya baxmayaraq Stadiona gedəcəklər

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları qadağaya baxmayaraq Stadiona gedəcəklər

Gunaz.tv

GünAzTv: Bir qrup “Traxtur” tərəfdarı Futbol Federasiyasının qoyduğu Qadağaya baxmayaraq, Sabah Avqustun 1-də (mordadın 10-u) “Traxtur-Rah Ahən”  müsabiqəsini seyr etməyə cəhd göstərəcəklər. Bu haqda İranın Futbol Agentliyi məlumat yayıb.

 

Təbrizdən gələn xəbərlərə görə, tamaşaçıların Stadyoma (Stadion) girişi qadağan edilsədə, komanda tərəfdarları yenədə müsabiqə zamanı hazır olacaqlar.

 

Tərəfdarların sabah Səhənd (Yadiqare Emam) stadyomunda hazır olduqları təqdirdə, böyük ehtimalla xoşagəlməz hadisələr baş verə bilər. Hələlik hər kəs yerli məsulların və “Traxtur” klubunun hansı tədbir alacaqlarını gözləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar