SON XƏBƏRLƏR

FİFA İranın Futbol Federasiyasına xəbərdarlıq edib

2021.10.20, 07:36
FİFA İranın Futbol Federasiyasına xəbərdarlıq edib

Gunaz.tv

GünAzTv: FİFA “Traxtur-Piruzu” qarşılaşmasında baş verən hadisələr və Futbol Federasiyasının qəbul etdiyi qərara, reaksiya göstərib.

 

İran “Cavan” Radiosunun məlumatında bildirilir ki, FİFA yetkililəri İranın Futbol Federasiyasının məsulları ilə əlaqə saxlayıblar.

 

Məlumata görə, FİFA məsulları vurqulayıblar ki, iyul ayının 27-də (mordadın 5-i) "Traxtur"-la "Piruzi" arasında keçirələn müsabiqəni və komandalar haqqında tamaşaçısız müsabiqə keçirməklə bağlı çıxarılan qərarı izləyirlər. FİFA məsulları əlavə ediblər ki, əgər Traxtur tərəfdarlarının iddiası sübut olarsa,  İran Futbol Federasiyasi iki illik məhrum ediləcək.

 

Qeyd edək ki, son 3, 4 gün ərzində “Traxtur” tərəfdarları 10 minlərlə etiraz Emaili FİFAnın adresinə göndəriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar