SON XƏBƏRLƏR

Rus qoşunları Ermənistanın təhlükəsizliyini öhdəsinə götürür

2021.10.20, 07:36
Rus qoşunları Ermənistanın təhlükəsizliyini öhdəsinə götürür

Gunaz.tv

GünAzTv: Bu məqsədlə Rusiya «Ermənistanın müasir silahlarla, hərbi və xüsusi texnika ilə təchizatını da həyata keçirəcək».

 

Rusiya ilə Ermənistan arasında yeni protokol imzalanacaq. Protokol Ermənistan ərazisindəki Rusiya hərbi bazasının fəaliyyətinə dair müqaviləyə dəyişiklikləri nəzərdə tutur. Yeni sənədə əsasən, Ermənistan ərazisindəki Rusiya hərbi bazası «yalnız Rusiyanın maraqlarının müdafiəsi ilə yox, həm də Ermənistan Silahlı Qüvvələri ilə birlikdə bu ölkənin təhlükəsizliyinin təmini ilə məşğul olacaq».

Bu məqsədlə Rusiya «Ermənistanın müasir silahlarla, hərbi və xüsusi texnika ilə təchizatını da həyata keçirəcək».

Protokolda müqavilənin 49 il qüvvədə olması nəzərdə tutulub. Müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hansısa əməkdaşlığı dayandırmaq istədiyini yazılı şəkildə bildirməzsə, onun müddəti daha 5 il uzanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar