SON XƏBƏRLƏR

Azərbaycan Belarusdan hücum təyyarələri alıb

2021.10.20, 07:36
Azərbaycan Belarusdan hücum təyyarələri alıb

Gunaz.tv

GünAzTv: Azərbaycan 2009-cu ildə Belarusdan 5 ədəd Su-25 hücum təyyarəsi və 9 ədəd 203 millimetrlik 2C7 "Pion" özüyeriyən ağır artilleriya qurğusu alıb.

Bu barədə BMT-nin Adi Silahlar Registrinin Belarusun 2009-cu ildə dünya silah bazarında əldə etdiyi sövdələşmələrə dair hesabatında bildirilir.

Hesabata əsasən, ötən il Belarus adi silahlar kimi ixtisaslaşdırılmış heç bir silah və hərbi texnika almayıb. Lakin Uqanda, Azərbaycan və Sudana silah satıb.

Məlumata əsasən, 2009-cu ildə Belarus Azərbaycana 5 ədəd Su-25 hücum təyyarəsi və 9 ədəd 203 mm-lik 2C7 "Pion" özüyeriyən ağır lüləli top satıb.

Ötən il Belarus eyni zamanda Uqandaya 23 ədəd T-55 tankı, Sudana isə 3 Su-25 hücum təyyarəsi satıb. Silahların hamısı Rusiya (SSRİ) istehsalı olub. Müvafiq müqavilələrin dəyəri açıqlanmır.

Xatırladaq ki, Belarus 2008-ci ildə Azərbaycana 3 ədəd 203 mm-lik 2S7 "Pion" özüyeriyən ağır artilleriya qurğusu, 2006-cı ildə 41 ədəd T-72 tipli tank, 2005-ci ildə isə 19 T-72 tankı satıb. Ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar