SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları etiraz Bəyanatı yayıblar

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları etiraz Bəyanatı yayıblar

Gunaz.tv

GünAzTv: “Traxtur” futbol komandasının tərəfdarları “Traxtur” haqqında verilən qərarı və tərəfdarların iki müsabiqəni izləmək hüququndan məhrum edilməsini sərt pisləyiblər.

 

Onlar bu haqda Tele-radio şirkəti və futbol federasiyasına öz etirazlarını Bəyanat şəklində nümayiş etdiriblər.

 

Bəyanatda bir neçə məqam xüsusi vurqulanıb:

 

- Meyvəsuyu qablarını tullamaq nə zamandan “Piruzi” tərəfdarlarının Azərbaycanı təhqir edən şüarlarından daha  mühüm olub?!

 

-Bütün canlı şahidlər bu hadisələrin səbəbini "Piruzi"nin tərəfdarları və onların təhrik edici şüarlarında görürlər. Siz isə deyirsiniz ki, bu hadisələr səbəbsizdir. Bu tərəfdarların şüuruna təhqir deyilmi?

 

-Bəziləri inanır ki, bütün bunlar bir ssenaridir. Beləki öncədən meyvusuları paylanılır, sonra təhrik edici şüarlar səsləndirilir və nəhayət “Traxtur” tərəfdarları arasında yerləşdirilən xüsusi insanlar buna cavab verir. və sonda “Traxtur” haqqında bu qərarın verilməsi ilə nəticələnir.

 

- Bəs Təbrizin Bələdiyyə komandası (Şəhrdari) barədə oxşar qərarın çıxarılmasının səbəbi nədir?!

 

- Şəraiti idarə etmək qonaq qəbul edən komandanın məsuliyyətidir. əgər hardasa problem varsa bu o komandaya sorulmalıdır. Halbuki verilən qərar bunun tərsini göstərir.

 

-Təbii olaraq “Traxtur” və Təbrizin Bələdiyyə komandasının həftələrcə tamaşaçısız müsabiqə vermə qərarı hər kəsdə şübhələr doğurur və doğuracaq.

 

Biz bu qərarı Futbol Federasiyası tərəfindən yenidən gözdən keçirməsini gözləyirik.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar