SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları Futbol Federasiyasına məktub yazıblar

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları Futbol Federasiyasına məktub yazıblar

Gunaz.tv

GünAzTv: Azərbaycanın sevimli milli komandası "Traxtur" taxımının tərəfdarları İranın Futbol Federasiyasına açıq məktub yazıblar.

Onlar adını çəkdiyimiz komandanın barəsində, iki müsabiqəni tamaşaçısız keçirməli olacağına dair verilən qərarı pisləyiblər.

 

Komanda tərəfdarları səlahiyyətli məsullardan bunları tələb ediblər:

 

- "Traxtur" komandasının əleyhinə Futbol Federasiyasının İnzibatı Komitəsinin tərəfindən çıxarılan ədalətsiz qərar ləğv edilsin.

 

- "Traxtur" oyunçusu Rəsul Xətibini oyundan məhrum etməklə bağlı verilən qərar ləğv edilsin.

 

- “Piruzi” (Perspolis) komandasının tərəfdarlarına müsabiqəni izləməkdən məhrum edilməklə bağlı daha ciddi tədbirlər alınsın. Ona görə ki, onlar qonaq komanda və onun tərəfdarlarının hüququnu tanımayıb və təhrik edici şüarlar səsləndiriblər.

 

- “Traxtur”-la “Piruzi” müsabiqəsində (iyulun 27-i / mordadın 5-i) baş verən hadisələri tərsinə göstərən Kütləvi İnformasiya Vasitələrinə xəbərdarlıq edilsin.

 

- Müxtəlif vasitələrdən istifadə etməklə Stadyomlarda (stadion) digər xalqlara qarşı səsləndirilən təhqiramiz ifadələr və şüarlara son qoyulsun.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar