SON XƏBƏRLƏR

Erməni ordusunda qanlı atışma olub

2021.10.20, 07:36
Erməni ordusunda qanlı atışma olub

Gunaz.tv

GünAzTv: Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində insident baş verib. Helsinki Assosiasiyasının Vanadzor nümayəndəliyinin rəhbəri Artur Sakunts “Armenia Today” agentliyinə bildirib ki, baş vermiş silahlı insident nəticəsində 5 hərbçi həlak olub.Ölənlərdən 4-ü zabit, 1-i isə əsgərdir. Hüquq müdafiəçisi bunu ilkin məlumat kimi təqdim edib və əlavə dəqiqləşdirməyə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, zabitlər postda yatmış əsgərləri oyadaraq, onları təhqir etməyə və alçaltmağa başlayıblar. Əsgərlərdən biri buna dözməyərək, avtomatı götürüb, atəş açmağa başlayıb, sonra isə özünü vurub. “Bundan artıq heç nə deyə bilmərəm. İnformasiyanı dəqiqləşdirməyə davam edirəm”, - deyə A. Sakunts bildirib. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi də artıq hərbi hissələrdən birində ölümlə nəticələnən insidentin baş verdiyi barədə məlumat yayıb. Lakin nazirlikdən insidentin səbəbləri və ölənlərin sayı barədə məlumat verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar