SON XƏBƏRLƏR

Vaşinqton İranla bağlı yeni bəyanatla çıxış edib

2021.10.20, 07:36
Vaşinqton İranla bağlı yeni bəyanatla çıxış edib

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) İranın 20 faizlik zənginləşdirilmiş uranın Tehran Elmi Araşdırma Reaktorunda işlənməsi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bildirib. Bu barədə məlumat verən Dövlət Departamentinin sözçüsü Filip Krouli danışıqların bu yaxınlarda baş tuta biləcəyini deyib.

“Biz həqiqətən də İranın uranın zənginləşdirilməsi proqramını tam başa düşmək üçün bir sıra məsələləri müzakirə etməyə hazırıq. Bu kimi görüşləri bir neçə həftə ərzində həyata keçirmək niyyətindəyik”, - deyə o bildirib.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) İranın nüvə proqramı ilə bağlı Tehranla danışıqları tezliklə bərpa etməyə çağırıb. Belə bir bəyanatla Aİ-nin xaici siyasət məsələləri üzrə səlahiyyətli nümayəndəsi Ketrin Eşton çıxış edib. O bildirib ki, bu məsələ ilə bağlı Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar danışıqların bərpasına mane olmur.

Xatırladaq ki, İran bir neçə gün əvvəl MAQATE-nin baş katibi Yukio Amanoya göndərdiyi məktubda Tehran Araşdırma Reaktoru ilə bağlı texniki məsələləri həll etmək üçün ekspertlərin görüşünün keçirilməsinə razılıq verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar