SON XƏBƏRLƏR

Təbrizin Bələdiyyə komandası (Şəhrdari) da tamaşaçısız yarışacaq

2021.10.20, 07:36
Təbrizin Bələdiyyə komandası (Şəhrdari) da tamaşaçısız yarışacaq

Gunaz.tv

GünAzTv: Futbol Federesiyasının İnzibati Komitəsi Təbrizin Bələdiyyə futbol komandası (Şəhrdari Təbriz) ilə Tehranın “İstiqlal” taxımı arasında keçirilən müsabiqədə baş verənlərlə bağlı öz rəyini belə açıqlayıb:

 

“Təbrizin Bələdiyyə futbol komandasının (Şəhrdari Təbriz) tərəfdarları müsabiqə zamanı rəqib komandanin oyunçuları və hakimlərə qarşı soyuş edib və təhqiramiz ifadələr səsləndiriblər. Həmçinin meydana daş, butulka (botri) və müxtəlif əşyalar atıblar. Buda “İstiqlal” komandasının oyunçularının birinin yaralanmasına səbəb olub.”

 

Bu iddialara əsasən Federasiya Superliqa təşkilatı ilə birlikdə Təbrizin Bələdiyyə komandasını da “Traxtur” kimi cəzalandırma qərarına gəlib. Bu səbəbdən Təbrizin Bələdiyyə futbol komandası (Şəhrdari Təbriz)  bir müsabiqəni tamaşaçısız keçirməli olacaq.

 

Qeyd edək ki, yuxarıdaki ittihamlar Federasiya tərəfindən irəli sürülüb. Ancaq şahidlərin dedikləri bu iddiaların tam tərsinədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar