SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları 2, Piruzi tərəfdarları isə1 müsabiqəni izləməkdən məhrum oldular

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları 2, Piruzi tərəfdarları isə1 müsabiqəni izləməkdən məhrum oldular

Gunaz.tv

GünAzTv: 2010-cu il iyul ayının 27-də (mordadın 5-i) Tehranın Azadi stadyomunda (stadion) “Traxtur”la “Piruzi” (Perspolis) komandaları arasında keçirilən müsabiqə zamanı iddia edilən hadisələrin baş verməsi, “Traxtur”un 2 və “Piruzi”nin 1 dəfə tamaşaçısız müsabiqə verməsinə səbəb oldu.

 

Futbol federasiyasının inzibatı komitəsi sözü gedən müsabiqə ilə bağlı öz rəyini belə elan edib: “Traxtur tərəfdarları rəqib komanda, onun tərəfdarları və hakimlərə qarşı söyüş və yaman ifadələri səsləndiriblər. Həmçinin komanda tərəfdarları meydana daş atıb  və kiçik yanğınlar törədiblər.”

 

“Piruz” komandasının tərəfdarları da analoji hərəkətlərdə ittiham olunublar.

 

Nəticə etibarı ilə “Traxtur” komandası öz meydanında iki dəfə, “Piruzi” isə bir dəfə tamaşaçısız müsabiqə keçirəcəklər. Həmçinin  hər iki komanda ayrıca 30000 dollar (30 milyon tümən) cəriməyə məhkum ediliblər.

 

Həmçinin “Traxtur”un 10 nömrəsini daşıyan oyunçu Rəsul Xətibi hakimin qərarına etiraz etdiyi üçün 2 dəfə öz komandasının müsabiqəsində iştirak edə bilməyəcək. O 500 dollar (500 min tümən) cərimə ödəməyə də məhkum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar