SON XƏBƏRLƏR

İranda edamlar dəvam edir

2021.10.20, 07:36
İranda edamlar dəvam edir

Gunaz.tv

GünAzTv: FARS informasiya agentliyinin yaydığı məlumata əsasən,  Bu gün İranın Əhvaz şəhərində üç nəfər edam olunub. Onlar narkotik qaçaqmalçılığında suçlanıblar.

 

Məhkumlar Əhvaz şəhərinin Karun həbsxanasında edam olunub.

 

İyulun 21-də də narkotik qaçaqmalçılığında təqsirləndirilən dörd nəfər edam edilib. Onlardan üç nəfər Kirman vilayətində, bir nəfəri isə Əhvaz şəhərinin cəzaçəkmə müəssisəsində edam edilib.

 

Beynəlxalq KİV-lərin məlumatına əsasən, cari il ərzində indiyədək İranda 92 nəfər edam olunub. Ötən il isə bu rəqəm İranda 270 olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar