SON XƏBƏRLƏR

Azərbaycan Rusiyadan S-300 zenit-raket kompleksi alacaq

2021.10.20, 07:36
Azərbaycan Rusiyadan S-300 zenit-raket kompleksi alacaq

Gunaz.tv

GünAzTv: Rusiya Azərbaycana 2 divizion S-300 PMU-2 “Favorit” zenit-raket kompleksi satacaq. Müqavilə ilə bağlı öhdəlik yaxın 2 il ərzində yerinə yetirilə bilər. Bu barədə Lent.az “Vedemosti” qəzetinə istinadən məlumata yayıb. Raketlərin qiyməti 300 milyon dollardır.

Qəzet məlumatı müdafiə sənayesi müəssisəsinin top-meneceri və zavodlardan birinin menecerinə istinadən yayıb. Onlar bildiriblər ki, müqavilə ilə bağlı öhdəlik yaxın 2 il ərzində yerinə yetirilə bilər.

“Vedemosti” yazır ki, məlumat hələlik rəsmən təsdiq olunmayıb. Həm “Rosoboroneksport”, həm də Azərbaycan rəsmi dairələri şərh verməkdən imtina edib.

Qeyd edək ki, S-300 raketləri hər ölkəyə satılmır. Bir müddət öncə Rusiyanın İrana belə zenit-raket kompleksləri satmaq niyyəti ABŞ-ın kəskin etirazı ilə qarşılanıb. Son nəticədə Rusiya komplekslərin İrana satılmasından imtina edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar