Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: İranda Keçən il onuncu prezident seçkilərindən sonra baş verən qanlı hadisələrlə bağlı El Fədaisinin qələmə aldığı şeir:
Qara bulut almış bütün şəhəri
dadızdırırdı millətə zəhəri
Bir oğlan aclıqdan gəlmişdi cana
açdı əlin zalim qara dumana
ruzi düşmüşdür kor fələk əlinə
minmişdir zülmət zamanın belinə
nəfsinə toz oturmuşdur oğlanın
təslim olub qulu oldu zamanın
satdı özün bir tay düyü bir yağa
cənnəti satdı bir dəyərsiz bağa
elin gücü sel gücüdür bilmədi
cənnət elin içində idi görmədi
`əsgər olub bəli dedi zülmətə
Arxasını çevirdi hürriyətə
Bolluq olub yoxsulluq başa gəldi
Boş evinə yağbir yox qoşa gəldi
Getdi sözü şorbası, getdi durmaş
Gəldi ətin şaqqası pişdi bozbaş
Getdi yetimçə getdi yağsız aşlar
Gəldi toyuq yağlı bağlı lavaşlar
Zəfəranlı pilovunun ətiri qonşunu
Umdururdu uçurdurdu huşunu
Su gəldi bir saralmış ac üzlərə
işıq gəzdi sönülmüş o gözlərə
düşdü əsgərə bir pullu yağlı iş
zəhməti az yaxşı bir alış veriş
uçdu başından huşu çox sevindi
dedi daha meydan mənimdir indi
kimsə mənə bekar söyləyə bilməz
birdə kimsə kasıbsan deyə bilməz
vardır əlimdə indi bir silahım
bitdi yazıqlıq günü getdi ahım
mən indi zorlu indi mənəm zor
indi odam nə oddan ayrılan gor
indi filimlərdəki gördüyün tək
başımda var börküm əlimdə tüfəng
tapdım daha mən bu çörək yerini
ala billəm indi “Telli zərini”
zəri zəri deyib yavaş oxurdu
xəyalında güllü xalça toxurdu
xalçasının gülləri zəri idi
zəri elin qızlarından biri idi
çoxlarıda yağ aldılar gəldilər
ellərinə bollu silah verdilər
düzüldülər bütün yağ əsgərləri
getdi göyə hamısının əlləri
kimsə bizim qarşımızda duranmaz
kimsə bizdən yağ düyünü alanmaz
başları çox boş idi yel vurdular
dabanların çəkib bətər qurdular
güllələrin qoydular xişablara
çıxdılar uca-uca damlara
göydə haray səsi yaxınlaşırdı
millət şəhərdə sel kimi daşırdı
düyünlənmişdi millətin əlləri
azadlıq fəryadı aldı göyləri
azadlıq qərib gəlirdi adı
düydü əsgər qulağı taqqıldadı
mənasını anlamayıb soruşdi
bu azadlıq nədir ? bu iş nə işdi?
Başı dedi tufandır bu azadlıq
Gəlsə gedər çörək, düşər kasadlıq
Taxtalanar onda bizim dükanlar
Bizlərə yağ düyü verən məkanlar
Bu cavablar fikirə saldı əsgəri
Sustalıb düşdü yanına əlləri
Demək yenə mən çörəksiz qalaram
Bəs necə telli zərini alaram?
Lənət olsun bu azadlıq adına
Lənət olsun millətin fəryadına
Bir gül üçün lənət oxudu bağa
Bir kitabı satdı bir boş varağa
Başçısının yalan felinə uydu
Dik yerindən qalxıb ayağa durdu
Cəhalət pərdəsi tutdu gözlərin
Verdi zülüm ixtiyarına əllərin
Tuşladı xalqı o yalan yəqinlə
Çəkdi gələn-gedən buraxdı güllə
Zülmət gülümsədi, günəş ağladı
əsgər insafı gülləyə bağladı
açıldı bir qəmli varaq şəhərdə
üstələndi qəhər köhnə qəhərdə
el gəlirdi xiyavanda əl-ələ
salmışdır el zülm evinə vəlvələ
bütün ata, ana, dost, bacı, qardaş
olmuş hamı bir-birinə arxadaş
minlər boğaz haraylırdı azadlıq
haray kölgəsində edirdi şadlıq
şəhər dəniz kimi dalğalanırdı
fəryadlar hər anda ucalanırdı
dalğa içində qızların birisi
dənizdə olmuşdu bir su pərisi
bütün qızlar dövrələmişdir onu
göz seçirdi onun uca boyunu
çəmənlər ortasında bir qızılgül
gülüstanda oxurdu sankı bülbül
qızarmışdı batan günəş tək gözü
dəniz üstünə düşmüşdür ay üzü
nağıl kimi göstərirdi dənizi
supərisi cəsarətli elqızı
ayaqların döyə-döyə süzürdü
dənizdə bir balıq kimi üzürdü
tellərini oynadırdı yel qızın
aşıq kimi çalırdı o el sazın
həzz alırdı küləklər o avazdan
azadlıq oxuyan gözəl boğazdan
biraz öncə əsgər atan o güllə
yersiz yersiz göydə gəlirdi yellə
isti-isti düşdü batdı dənizə
bahar çönüb yerin verdi payıza
güllə dəyib qızın köksünü deşdi
xalqın halın supərisi dəyişdi
düşdü birdən sərələndi yerə qız
qanla doldu azadlıq deyən ağız
qan ağzından sinəsindən axaraq
yumdu gözün el üzünə baxaraq
əllər üstə aldı millət o qızı
əlbət üzər boğulanlar dənizi
sel üzündə gedirdi el sarası
supərisi oldu elin yarası
yetkin almaüzürdü çay üzündə
çay axırdı azadığın düzündə
azadlığın batdı səsi sədası
öldü elin bağırtısı nidası
yandırıcı nisgil oldu nəhayət
ürəklərdə qazıldı bu cinayət
damcı-damcı ürəklərə qan axdı
yandırdı bu hadisə xalqı yaxdı
yatmaq haman azadlığın fəryadı
birdən əsgər əlin göyə qovzadı
dedi baxın azadlığı nalladım
mən tufanın lap özün nişanladım
daha birdə gələnməz o azadlıq
bazarımda salanmaz o kasadlıq
alanmaz da yağlı bu alverimi
alanmaz o mənim telli zərimi
zülmət əlin çaldı onun dalına
zəfər hissi üstələndi halına
əsgər daha bərk qoyurdu ayağın
dəyişmişdir öz baxtının varağın
batdı günəş, qaranlıq oldu hakim
baş gözünü yolan kim ağlayan kim
hoyuxmuşdu bütün şəhərdə millət
gizli üzün açıb göstərdi zillət
nə etdi bu xalqın elin xadimi?
Nə oldu o ədalətin hakimi?
Biz azadlıq istədik o nə verdi
Sərin su istədik o güllə verdi
Atəş açdı nədən silahsızlara
Baxmadı heç qadınlara qızlara
El dağıldı dəstə-dəstə şəhərdə
Döndü hərə evinə bir təhərdə
əsirdi yel toz almışdır göyləri
qan ilə dolmuşdur göyün gözləri
göy ağladı şəhər bütün yaş oldu
ölən qızın qanın şəhərdən yudu
qarışdı qan yerdə axan sulara
axıb süzdü dar-uzun qanovlara
yağ əsgəri zəfər qazanmış kimi
zən edirdi olub şəhər hakimi
sanırdı millət daha qorxur ondan
tüfəngindən o börkündən boyundan
tovlayırdı göydə silahın əldə
intiqam hissin oyadırdı eldə
millət baxıb dodağını dişlədi
nifrət axıb iliyinə işlədi
lənət oxurdu hər kəs əsgərlərə
bu hadisə yük oldu şairlərə
hər nəqədər mahir olsa şair
dərdin dərinliyin yetirməz şeir
hissin yaşı çoxdur sözün yaşından
min kitab söz çıxar bir göz yaşından
mümkün deyil bir millətin dərdini
birkəs yaz bilə, bir-bə-birini
min dərd ilə ötdü o axşam çağı
evə döndü zülm evinin dayağı
kəsməmişdir hələ yağış yağırdı
öz evinə əsgər yaxınlaşırdı
sükuta batmışdır qaranlıq küçə
hoyuxdu əsgər küçəyə girincə
yağış altda oturmuş qoca ana
tikilmişdir gözü oğul yoluna
yağ-düyünü hətta çörək bağlısın
ana qoymuşdur eşigə hammısın
əsgəri görcək ana durdu yerindən
qaçdı üstünə o bağırdı birdən
götür apar kasıblığı al gətir
hər nə bizdən apardın bizə yetir
vicdanı al, al şərəfi, qeyrəti
kasıblıqda olan o hürriyyəti
al südümün paklığını ver mənə
əmdiyin o süd haram olsun sənə
qovzadı birdən o qoca əllərin
bambaça çaldı başına əsgərin
kul başına biraz yağa satıldın
utanmadın qatillərə qatıldın?
Sən qorudun bu gün o zalimləri
Sən batırdın qana o pak əlləri
Yazıq qızın köksünü güllə deşdi
De bir görüm bu zülmdür ya işdi?
Yazıq oldun qapın çırpıldı bədbəxt
Öldü telli zərin oldun qarabəxt
Bugün hələ bircə güllə atıldı
Oda gəlib öz köksünə taxıldı
Qatilinin görüm qırılsın qolu
Kim göstərdi sizə bu əyri yolu?
əsgər hələ taza başa düşürdü
ölən telli zəri imiş görüşürdü
bəs mən atan güllə dəymiş üzümə
özgə gəlmişdir öz yarım gözümə
biraz öncə haman zəfər qazanmış
indi bildi hər şey tərsə qanmış
taqəti tərk etdi onun dizlərin
düşdü yerə yumdu ağlar gözlərin
xəyalında sökülmüşdü xalçası
dağılmışdı güllərinin bağçası
yıxılmışdır onun bütün ümidi
dənizdə bir sınıq istən gəmi idi
son peşmanlıq hayıf bərə bitirməz
apardı sellər saranı gətirməz
kim elinə arxasını çevirdi
əldən verər hərnəyi çox sevirdi
əldən verər bir gün yağ əsgərləri
hər birisi min dana telli zəri
İranın onuncu cümhurbaşqanı seçim zamanı Xordadın can yandıran hadisəsində, məzlum məzlum gözünü həyata yuman elqızı, Neda Ağa Sultana ithaf.
El mənəm demək, yaşatsam yaşaram, öldürsəm ölərəm...
Yazar El Fədaisi
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu