SON XƏBƏRLƏR

Səkinə Məhəmmədi Aştiyaninin vəkili yoxa çıxıb, ailəsi isə tutulub

2021.10.20, 07:36
Səkinə Məhəmmədi Aştiyaninin vəkili yoxa çıxıb, ailəsi isə tutulub

Gunaz.tv

GünAzTv: Daşqalaq edilməklə ölümə məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyaninin hüquqlarını müdafiə edən vəkil Tehranın Evin həbsxanasına çağırıb.

 

 Amnesti İnsan Haqlarının müdafiəsi təşkilatı İranı hay-küyə səbəb olmuş məhkəmə işində iştirak edən insan haqları vəkilini təqib etməkdə günahlandırıb.

 

Vəkil Məhəmməd Mostafai daşqalaq edilməklə ölümə məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyanini müdafiə edir.

 

Şənbə günü onu dindirilmə üçün Tehrandakı Evin həbsxanasına çağırıblar.

 

Amnesti deyir ki, həbsxanadan buraxılandan sonra onu görən olmayıb.

 

Məlumatlara əsasən, o zamandan bəri vəkilin arvadı və qohumu da tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar