SON XƏBƏRLƏR

“Arman” öyrənci icması üzvlərinin məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
“Arman” öyrənci icması üzvlərinin məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAzTv: Təbriz Azad Universitetinin Arman öyrənci icması sədri cənab Qadir Novruzinin məhkəmə iclası keçirilib.

 

Azərbaycanlı öyrənci fəal cənab Novruzi 2010-cu il iyul ayının 24-də (1389-cu il mordad ayının 2-i) öz vəkili cənab Nağı Mahmudi ilə birlikdə Təbrizin İnqilab Məhkəməsində hazır olub və hakimin suallarını cavablandırıb.

 

Cənab Novruzi “Arman” öyrənci icması tərəfindən nəşr olunması iddia edilən özəl dərgini ictimaiyyətə yaymaqla sistemin əleyhinə təbliğdə ittiham edilir.

 

Həmçinin etibarlı mənbələrin məlumatına əsasən, bu dosyanın digər müttəhimləri adı çəkilən öyrənci icmasının üzvü xanım Fatimə Nəsirpur və nəşrevinin sahibləri Siyavuş və Babək cənablarınında məhkəmə iclası keçirilib. Onlar da sistemin əleyhinə təbliğdə ittiham edilərək Mərəndin İnqilab Məhkəməsində mühakimə olunublar.

 

Xatırladaq ki, İran Təhlükəsizlik Qüvvələri keçən aylarda adını çəkdiyimiz öyrənci icmasının nəşr etdiyi iddia olunan “Azərbaycanın ictimai hərəkatında qadınların rolu” adlı özəl dərgini Mərənd şəhərinin Nəşrevlərinin birində üzə çıxarıb və yayımını yasaqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar