SON XƏBƏRLƏR

Dünənki müsabiqədə “Traxtur” tərəfdarlarına hücum olub

2021.10.20, 07:36
Dünənki müsabiqədə “Traxtur” tərəfdarlarına hücum olub

Gunaz.tv

GünAzTv: dünən Tehranın Azadi stadyomunda (stadion) milli komandamız “Traxtur”-la Tehranın “Piruzi” taxımı arasında (1-0) nəticəsi ilə “Piruzi” taxımının xeyirinə yekunlaşan müsabiqə bir neçə qeyri-adi hadisələrlə yadda qaldı.

 

Bu barədə canlı şahid məlumat verib. Şahidin sözlərinə görə:

 

-“Perspolis” tərəfdarları “Traxtur” tərəfdarları, Azərbaycan və türk millətini hədəfə alan təhqiramiz söyüşlər səsləndiriblər.

 

-Müsabiqənin hakimi Məsud Muradinin bir neçə aşkar səhvi vəya qərəzli qərar verməsi müsabiqə tamaşaçılarının əhval və ruhiyyəsini pozub. 75-ci dəqiqədə “Traxtur” tərəfdarları yerləşən məkanda kartonlar yandırılıb. Bu kiçik yanğınlar  polis tərəfindən və tamaşaçıların yardımı ilə söndürülüb.

 

-Hakimin digər səhvi və polisin kobud rəftarı Tamaşaçıları narahat edib. Tamaşaçılar tərəfindən polis əməkdaşlarına tərəf meyvəsuları atılıb.

 

-Polis əməkdaşları gözyaşardıcı qazla dolu olan tüfəngləri “Traxtur” tərəfdarlarına tərəf tutub və təhdid ediblər. Ancaq polis başçısı onları bu işdən çəkindirib. Sonra polis əməkdaşları “Traxtur” tərəfdarlarına hücum edib, onların içinə daxil olub və bir neçəsini döyüblər. Qalanlarını isə o məkanı tərk etməyə məcbur ediblər.

 

-Polisin hücumu nəticəsində stadyomun (stadion) qapısına üz tutan “Traxtur” tərəfdaşları üçün hər ehtimala qarşı yanğınsöndürən maşınları nəzərə alınıb. Onlar stadyomun çıxışında hazır vəziyyətdə olublar.

 

Qeyd edək ki, stadyomda kiçik yanğınların səbəbinin kim olması barədə hələlik heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar