Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: ABŞ-da (Amerika Birləşmiş Ştatlari) belə hesab edilir ki, sanksiyalara rəğmən istənilən halda İrana qarşı müharibə labüddür.
Dünyanın siyasi gündəmini yenidən məşğul edən hadisələrdən biri İrana qarşı Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyalardır. Həmin sanksiyalar BMT Təhlükəsizlik Şurasının sanksiyalarına əlavədir. Məlumatlara görə, iqtisadi vəziyyətin ağırlaşacağını hiss edən bir sıra İran vətəndaşlarının yenidən ölkədən köçü başlayıb. Rusiyanın "Pressentr" portalının yazdığına görə, İran vətəndaşları daha çox qonşu ölkələrə - Türkiyəyə, Azərbaycana, çox az hissə Türkmənistana üz tutmağa hazırlaşır. Lakin daha uzaq xaricə, o cümlədən Avropa ölkələrinə mühacirət etmək istəyən iranlıların sayının bundan çox olduğu bildirilir. GünAzTv mətbuat mərkəzinin "Bakı-xəbər"-ə istinadən yaydığı məlumata görə, ABŞ-da (Amerika Birləşmiş Ştatlari) isə belə hesab edilir ki, sanksiyalara rəğmən istənilən halda İrana qarşı müharibə labüddür. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq rəhbəri Maykl Hayden də təsdiq edib ki, İrana qarşı müharibə qaçılmazdır: "İranın nüvə obyektlərinə hücum ehtimalı indi daha yüksəkdir. Artıq İrana qarşı bu addımın atılması qaçılmazdır. İranın nüvə proqramını dayandırmaması ABŞ-a başqa yol saxlamır". Onun fikrincə, önləyici tədbirlər görülməsə, İran nüvə proqramını kütləvi qırğın silahının istehsalına imkan verəcək dərəcəyə çatdıracaq. Bu arada isə Rusiya İrana qarşı Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyalardan hiddətləndiyni açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko bununla bağlı qeyd edib ki, İrana qarşı birtərəfli sanksiyaların tətbiqi yolverilməzdir: "Biz artıq bir neçə dəfə bəyan etmişik, BMT Təhlükəsizlik Şurasının İrana qarşı birtərəfli qaydada sanksiyaların tətbiq edilməsi barədə qərarını yolverilməz hesab edirik. Bu nəinki bizim İranın nüvə prqoramı ilə bağlı yaranmış durumu diplomatik yolla nizamlamaq yolunda birgə səylərimizi korlayır, həmçinin BMT Təhlükəsizlik Şurasının razılaşdırılmış qətnaməsinə qarşı sayqısızlıqdır". Nesterenko onu da bildirib ki, Avropa Birliyinin İrana qarşı qəbul etdiyi sanksiyalar, əvvəllər ABŞ hökumətinin də qəbul etdiyi qərarlar paketi kimi, yaranmış durumun dəyişilməsinə kömək etməyəcək: "Bu yolla İranın nüvə proqramı ilə bağlı problemi siyasi-diplomatik üsulla həll etmək imkanları da əldən çıxacaq. Biz bunu görürük". İran Mərkəzi Bankının sədr müavini Həmid Burhani isə qeyd edib ki, ölkəsinin nüvə proqramı ilə bağlı bu ölkəyə qarşı BMT-nin qadağalarını tətbiq edəcək ölkələrlə ticarət əlaqələri kəsiləcək". Burhani açıqlamasında İslam ölkəsi səhmlərinə qarşı qadağalar tətbiq edəcək ölkələrlə ticari münasibətlərə son qoyulacağını deyib. Amerika Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı şöbəsinin rəhbəri Stüart Levi isə bəyan edib ki, təsdiqlənmiş sanksiyalar artıq özəl investorları İrana sərmaye qoymaqdan yayındırır: "Biz görürük ki, dünya üzrə özəl sektor sanksiyalar səbəbindən İrana münasibətini dramatik surətdə dəyişir. Görürük ki, çox sayda şirkət İranla iş aparmaqdan imtina edir. Şirkətlər İranın infrastrukturuna pul buraxmır. Bu isə çox mühüm məqamdır. Çünki bu cür investisiyalar ölkəyə gəlmirsə, uzaq perspektivdə İran iqtisadiyyatı çox ağır bir duruma düşəcək. İnvestisiya qıtlığı İranın neft və qaz yataqlarının inkişaf etdirilməsinə çox pis təsir edir". Stüart Levi İran xalqının BMT sanksiyalarının qurbanına çevrilməsi fikrini rədd edib: "Təkcə İran yox, başqa ölkələr üzərinə də sanksiyaların yeridilməsi üçün məsuliyyət daşıyan bir şəxs kimi, mən çox zaman belə cəza tədbirlərin günahkarları hədəfləməsi, onların qurbanı olanlara ziyan vurmaması üzərində çox düşünürəm. Buna görə biz əlimizdən gələni edirik ki, beynəlxalq qanunları pozan şəxslərə sanksiyaların təsiri daha güclü olsun. Bunu edəndə, daha yaxşı nəticə əldə edirik. Daha yaxşı nəticə deyəndə mən İrandan kənarda olan özəl sektorun reaksiyasını nəzərdə tuturam. Bu sektor bizimlə daha yaxından əməkdaşlıq edərək, sanksiyaların təsirinin artmasına səbəb olur. Eyni zamanda, biz yerli əhalinin də bizi anlamasına ümid edirik. Burada optimal variant yoxdur. Lakin beynəlxalq neft və qaz şirkətləri üzərində diqqətimizi cəmləşdirərək, eləcə də İranın nüvə və digər hərbi qurumlarını hədəfə alaraq, biz sadə xalqın çətinliklərini, tam heç etməsək də, minimallaşdıra bilirik". Amerikanın terror və maliyyə kəşfiyyatı üzrə nazir müavini təsdiq edib ki, son sanksiyaların əsas hədəflərindən biri İran İnqilab Qvardiyasıdır: "BMT TŞ-nın qətnaməsi çox əhəmiyyətlidir. Onun siyahısında İran İnqilab Qvardiyasının nəzarətində olan əsas şirkətlər var. Buraya "Katamol-albium" və onun filialları və əlaqəli şirkətləri daxildir. Qətnamənin bu cür yazılmasının əhəmiyyəti odur ki, indi bu şirkətlər İrandan kənarda olan şirkətlərlə əməkdaşlıq edə bilməyəcəklər. Bu əsas məqamdır. Bu şirkətlər ölkədən kənarda aparılan əməliyyatlardan son dərəcə asılıdır. İndi onların tərəf-müqabillərinə İranla işləmək qadağandır. Həm də təkcə qadağana görə yox. Əsası odur ki, İranın son bir neçə ildə özünü aparmasını izləyən özəl şirkətlər müxtəlif səbəblərdən getdikcə İrana arxa çevirməkdədir. Xüsusilə də İnqilab Qvardiyası ilə əlaqəli olan şirkətlərə". Cənab Levi niyə məhz İnqilab Qvardiyasının hədəfə alındığını belə izah edib: "İnqilab Qvardiyası müxtəlif səbəblərdən getdikcə daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Birincisi, onlar siyasi cəhətdən rəhbərlik üçün daha vacibdir. Çünki onların hakimiyyətdə qalmasında Qvardiya artıq dərəcədə mühüm rol oynamaqdadır. Hərbi cəhətdən də bu vacbidir. İnqilab Qvardiyası İranın raket proqramında fəal iştirak edir. Elə başqa hərbi layihələrdə də. İran hökuməti ölkə iqtisadiyyatının gəlirlərinin getdikcə daha böyük hissəsini İnqilab Qvardiyasının maliyyələşdirilməsinə sərf edir. Ona mühüm müqavilələr verilir, infrastruktur layihələrində iştirak etməyə şərait yaradılır. Eyni zamanda, bu, İranın biznes icmasının ziyanına olan bir prosesdir. Əlavə etməliyəm ki, bu təşkilat İrana demokratik etirazların yatırılmasına görə məsuliyyət daşıyır. 2009-cu ildə və elə indinin özündə bu belədir".
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu