SON XƏBƏRLƏR

Tehran yeni sanksiyalara öz etirazını bildirib

2021.10.20, 07:36
Tehran yeni sanksiyalara öz etirazını bildirib

Gunaz.tv

GünAzTv: İran Avropa Birliyi və Kanadanın bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq etməsindən “dərin təssüf hissi keçirir və addımı qınayır”. İran Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatda belə deyilir. Avropa Birliyi və Kanada Tehranın mübahisəli nüvə proqramını əngəlləmək üçün daha sərt sanskiyalar tətbiq ediblər. Yeni sanksiyalar banklarla və investorlara İranın neft-qaz, enerji, neftayırma sektoruyla əməkdaşlıq etməyi qadağan edir. Avropa Birliyi bəyan edib ki, sanksiyaların məqsədi Tehranı nüvə proqramıyla bağlı danışıqlara dönməyə məcbur etməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar