SON XƏBƏRLƏR

"Traxtur-Piruzi" qarşılaşmasının son nəticəsi...

2021.10.20, 07:36
"Traxtur-Piruzi" qarşılaşmasının son nəticəsi...

Gunaz.tv

GünAzTv: Azərbaycanlıların diqqətlə izlədiyi həyəcanlı futbol yarışması bu dəqiqələrdə sona çatdı. Superliqanın birinci həftəsi müsabiqəsi Təbriz vaxtı ilə saat 19:40-da başlamışdı.

 

Milli komandamız "Traxtur"-la Tehranın "Piruzi" komandaları arasında keçirilən müsabiqənin birinci hissəsində heç bir komanda tərəfindən qol vurulmadı.

 

Tehranın Azadı stadyomunda (stadion) baş tutan müsabiqənin ikinci hissəsində isə "Piruzi" komandası 46-cı dəqiqədə öz rəqibinin qapısına 1 qol vuraraq, müsabiqəni (1-0) nəticəsi ilə öz xeyirinə yekunlaşdıra bildi.

 

Qol qulamrza Rzayi tərəfindən vuruldu.

 

Müsabiqəni 50000 tamaşaçı izləyib. Onların yarısının "Traxtur" tərəfdarı olduğu bildirilir.

 

"Traxtur" yarışını izləmək üçün Tehrana gedən Azərbaycanlılar, həmçinin yerli soydaşlarımız milli komandamızı olduqca marağla izləyib və təşviq ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar