SON XƏBƏRLƏR

Sanksiyalar Tehranı yumşaltdı

2021.10.20, 07:36
Sanksiyalar Tehranı yumşaltdı

Gunaz.tv

GünAzTv: Tehran nüvə proqramı ilə bağlı danışıqlara qayıtmağa hazırdır. bunu İranın MAQATE-dəki təmsilçisi Əli Əsğər Soltaniyyə söyləyib. O, MAQATE-yə müvafiq məktubun təqdim olunduğunu nəzərə çatdırıb. Ancaq bu məktubun mətni gec açıqlanacaq. ABŞ (Amerika Birləşmiş ştatları), Rusiya və Fransa təmsilçiləri də məktubun məzmunundan xəbərdar ediliblər. Bu barədə Lent.az “RİA-Novosti” agentliyinə istinadən verdiyi xəbər yayıb.Qeyd edək ki, bu gün Avropa Birliyinin İrana qarşı yeni sanksiyaları qüvvəyə minir. Sanksiyalar əsasən cənub qonşumuzun neft və qaz sektoruna investisiya qoyuluşunu qadağan edir. Sanksiyalar bank xidmətlərinə də tətbiq olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar