SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Berlində keçiriləcək aksiya barədə dəstək BƏYANATı yayıb

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Berlində keçiriləcək aksiya barədə dəstək BƏYANATı yayıb

Gunaz.tv

GünAzTv mətbuat mərkəzi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin  Berlində keçiriləcək aksiya barədə yaydığı dəstək BƏYANATını diqqətinizə təqdim edir.

 Bəyanatda deyilir:

 

İran İslam cumhuriyyəti adlı rasist və diktator  rejimin Güney Azərbaycanda  millətimizi milli və insani hüquqlardan məhrum etməsi, bu haqsızlıqlara qarşı etiraz edən siyasi və mədəni fəalların, ziyalıların, insan hüquq müdafiəçilərinin üzünmüddətli həbslərə və ağır işgəncələrə məruz qalması dünyada yaşayan hər bir azərbaycanlını narahat edir. Oradaki mövcud problemləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə xaricdə yaşayan azərbaycanlılar tərəfindən müxtəlif aksiyalar təşkil olunur.  Növbəti etiraz aksiyası 31 iyul 2010 tarixdə Berlində İran səfirliyi qarşısında keçiriləcək.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Berlin aksiyasının təşkilat komitəsinin çağırışı ilə keçiriləcək bu aksiyanı dəstəkləyir və   xaricdə, xüsusilə də Almaniyada  yaşayan azərbaycanlıları bu önəmli tədbirdə  aktiv iştirak etməyə çağırır.

 

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi                                27.07.2010

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar