SON XƏBƏRLƏR

Türkiyə ilə Rusiya arasında vizasız rejimin tətbiqinə başlanılıb

2021.10.20, 07:36
Türkiyə ilə Rusiya arasında vizasız rejimin tətbiqinə başlanılıb

Gunaz.tv

GünAzTv: Bundan sonra Rusiya vətəndaşları Türkiyə ərazisində 30 günədək müddətdə vizasız gedib-gələ biləcəklər.

 

Çərşənbə axşamı Rusiya ilə Türkiyə arasında hər iki ölkə vətəndaşları üçün viza rejiminin ləğvini nəzərdə tutan sənəd qüvvəyə minib. Bu barədə Türkiyənin "Zaman" qəzetinin saytı məlumat verib.

 

Sənəd mayın 12-də Rusiya Prezidenti Dmitri Medvedevin Ankaraya rəsmi səfəri zamanı imzalanıb.

 

Bundan sonra Rusiya vətəndaşları Türkiyə ərazisində 30 günədək müddətdə vizasız gedib-gələ biləcəklər. Əvvəllər onlar Türkiyə ilə sərhəddə 20 dollar dəyərində viza almalı idilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar