SON XƏBƏRLƏR

İran pullarını Avropadan Asiyaya köçürür

2021.10.20, 07:36
İran pullarını Avropadan Asiyaya köçürür

Gunaz.tv

GünAzTv: İran Mərkəzi Bankının rəsmisi bildirib ki, onlar potensial riskin mövcud olduğu bütün ölkələrdəki maliyyə vəsaitlərini daha təhlükəsiz yerlərə köçürəcəklər.

 Xəbər verildiyi kimi, Avropa Birliyi İrana qarşı yeni sanksiyalar paketini qəbul edib. Sanksiyalar əsasən İranın strateji sahəsini - neft-qaz sektorunu hədəfə alır. Avropa Birliyi ölkələrinin İranın enerji sektoruna yatırım qoyması, bu ölkəyə texnologiya ötürməsi və texniki yardım göstərməsi yasaqlanır.

Rəsmi Tehran isə ona qarşı sanksiyalar tətbiq edəcək ölkələrin banklarındakı pulları çıxaracaq. İran Mərkəzi Bankının sədr müavini Həmid Burhaninin dediyinə görə, onlar potensial riskin mövcud olduğu bütün ölkələrdəki maliyyə vəsaitlərini daha təhlükəsiz yerlərə köçürəcəklər: "Bu, yetərincə məntiqi qərardır".

"The Financial Times" hesab edir ki, İran AB banklarındakı pulları Asiya banklarına köçürəcək. qaynar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar