SON XƏBƏRLƏR

Türkiyə bölgədə güc mərkəzinə çevrilir

2021.10.20, 07:36
Türkiyə bölgədə güc mərkəzinə çevrilir

Gunaz.tv

GünAzTv: «Newsweek» jurnalının şərhçisi hesab edir ki, ABŞ-a (Amerika Birləşmiş Ştatları) məhz güclü Türkiyə lazımdır.

 

“Newsweek” jurnalı sonuncu sayında Türkiyənin son dönəmlər yürütdüyü xarici siyasətlə bağlı analitik yazı dərc edib.

Ouen Matteusun qələmə aldığı “Mərkəzdəki Türkiyə” başlıqlı məqalədə Qərb ölkələrinin apardığı siyasət üzündən Türkiyənin artıq Şərqə yönəlməsi bir daha qeyd olunur. Müəllif ABŞ rəsmlərinin bu durumdan son dərəcə narahat olduğunu yazır və Nümyəndələr Palatasının demokrat üzvü Con Sarbanesin Türkiyəni beynəlxalq arenada özbaşına hərəkətdə ittiham etməsini xatırladır.

Şərhçinin fikrincə, reallıqda Türkiyə nə Islam dünyasıyla, nə də Avrasiya ilə ittifaq qurmaq niyyətində deyil. Əksinə, Ankara bölgəsindəki siyasət və iqtisadi mərkəz olaraq yenidən canlanma xətti tutub: “Türkiyənin hazırkı mövqeyi ABŞ, NATO və Avropa ilə qurulmuş köhnə ittifaqları kölgədə qoya bilər. Ancaq Türkiyənin iqtisadi və siyasi baxımdan Avropa Birliyinə olan marağı davam edir”. “Newsweek”in analitiki onu da əlavə edib ki, Ankara Iran, Iraq və Suriya ilə yaxınlaşmaqla PKK terror təşkilatını zərərsizləşdirmək istəyir. Müəllifin yazdığına görə, məhz ABŞ da bölgə ölkələriylə problemləri olmayan bir Türkiyənin onlar üçün ən uğurlu seçim olduğunu qəbul edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar