Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Haaqa Məhkəməsinin Kosovo haqqında qərarı digər bölgələr və ya dövlətlər üçün presedent ola bilməz.
GünAzTv mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bunu ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon deyib. O bildirib ki, ABŞ Kosovonu müstəqil dövlət kimi tanıyır, lakin beynəlxalq məhkəmənin qərarı məhz bu məsələyə xas olan faktorlar əsasında qəbul olunduğu üçün presedent sayıla bilməz: “Beynəlxalq məhkəmənin qərarı Kosovonun unikal şərtləri nəzərə alınmaqla verilib. Qərar məhz Kosovo ilə əlaqədardır, digər bölgə və dövlətlərdən söhbət getmir”. “Məhkəmə yalnız ayrıca götürülmüş bir məsələ haqqında qərar qəbul edib - Kosovonun müstəqillik bəyannaməsi beynəlxalq hüquqa ziddirmi və beynəlxalq hüquqda bu cür bəyannamələrin qəbulu qadağan edilirmi? Məhkəmə Kosovonun müstəqilliyə hüququ olub-olmadığına, bəyannamənin hüquqi tətbiqinə dair rəy verməyib”. Bunu isə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. Onun fikrincə, beynəlxalq məhkəmənin Kosovo barədə qərarı digər situasiyalara, xüsusən Abxaziya və Cənubi Osetiya məsələlərinə təsir göstərməyəcək: “Hesab edirəm ki, bunun digər oxşar situasiyalara təsiri olacaqsa da, əhəmiyyətsiz dərəcədə olacaq. Bunlar bir-biri ilə müqayisə edilsə də, başqa-başqa məsələlərdir. Hər iki halda müstəqillik elanı onları eyniləşdirmir”. Xatırladaq ki, iyulun 22-də BMT-nin beynəlxalq məhkəməsi Kosovonun müstəqilliyinin beynəlxalq hüquq prinsiplərinə zidd olmadığı barədə qərar qəbul edib. Bundan sonra belə bir presedentin Qarabağ məsələsinin həllində də əsas kimi götürülə biləcəyi ətrafında narahatçılıqlar baş qaldırıb. ANİF prezidenti Eldar Namazov da Kosova məsələsinin Qarabağ üçün prezedent olacağını mümkün saymır: “Birincisi, BMT-nin Beynəlxalq Məhkəməsinin hüquqlarını nə Azərbaycan, nə də Ermənistan hələ tanımayıb ki, kimsə ora müraciət etsin. Digər tərəfdən, Kosovo ilə bağlı müraciətdə məhkəmədə qoyulan sualın özü düzgün seçilməmişdi. Bu, Kosovonun müstəqilliyini tanıyan və dəstəkləyən qüvvələr tərəfindən BMT-nin Baş Assambleyasından məhkəməyə edilən müraciətdə sualın qoyuluşu düzgün deyildi. Sual elə qoyulmuşdu ki, artıq beynəlxalq məhkəmənin başqa qərar qəbul etmək imkanı yox idi. Beynəlxalq məhkəmənin qərarında deyilmir ki, Kosovonun müstəqilliyi tanınmalıdır. Orda sual belə qoyulmuşdu ki, Kosovo bu bəyanatı verməklə beynəlxalq hüquq normalarını pozub, ya yox? Hüquqşünaslar yaxşı bilir ki, bu sual hələ o anlama gəlmir ki, Kosovonun müstəqilliyini tanımaq lazımdır, yoxsa lazım deyil. Bu sual məhkəməyə çıxarılanda da hüquqşünaslar dedilər ki, bu, hiyləgərliklə hazırlanmış sənəddir və Serbiyanın qaldırdığı məsələ deyil”. Konkret olaraq Qarabağ məsələsinə gəldikdə, E.Namazov deyir ki, bu iki münaqişə bir-biri ilə müqayisə oluna bilməz: “Kosovonun ərazisində Serbiya ilə müharibə aparan, ona təcavüz edən, ərazi iddiası olan ölkənin qoşunları yerləşdirilməyib. Bu, sırf Serbiyanın daxili məsələsi idi. Dağlıq Qarabağ məsələsinə gəldikdə, bu, Ermənistan tərəfindən təcavüzdür və Ermənistanın ordusu bu gün də Dağlıq Qarabağda yerləşdirilib. Əvvəldən də Kosovonun müstəqilliyini tanıyan Avropa ölkələri və ABŞ birmənalı olaraq bəyan ediblər ki, Kosovonun nə Qarabağa, nə Cənubi Osetiyaya, nə də Abxaziya məsələsinə heç bir aidiyyəti yoxdur. Ancaq bütün hallarda təbii ki, bu, müxtəlif regionlarda separatçı qüvvələrə müəyyən mənəvi dəstək verən və separatçılığa stimul yaradan hadisə oldu”. E.Namazovun fikrincə, Azərbaycan diplomatiyası onsuz da Qarabağ danışıqlarında çox çətin vəziyyətlə üzləşib: “Minsk Qrupu çərçivəsində aparılan danışıqların heç bir nəticəsi olmadığı halda, Kosovo ilə bağlı belə bir qərarın qəbul olunması separatçı qüvvələri müəyyən mənada ruhlandırır və onların dəyirmanına su tökür”.Bəs rəsmi Bakı nə etməlidir ki, növbəti sürprizlə üzləşməsin?Politoloq hazırda Qarabağla bağlı aparılan danışıqlarda diplomatiyamızın bir neçə səhvə yol verdiyini deyir: “On il əvvəllə müqayisə etsək, görərik ki, danışıqlarda Azərbaycan üçün böyük bir təhlükə yaradan məqamlar meydana gəlib və sənədlərdə əksini tapıb. Xüsusən də Dağlıq Qarabağın statusunun səsvermə yolu ilə müəyyənləşdirilməsi bəndi 90-cı illərdə Azərbaycana təklif olunan variantların heç birində yox idi. Biz bilirik ki, danışıqları aparan tərəfin razılığı olmadan heç bir prinsip öz əksini tapa bilməz. Müvəqqəti status da yeni bənddir. 2000-ci illərin əvvəllərində aparılan danışıqlarda belə bənd yox idi. Ermənilərin mövqeləri isə 10 il əvvəlkinə nisbətən daha da sərtləşməsinə görə fərqlənir. Əgər on il əvvəl erməni tərəfi kifayət qədər açıq Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin azad olunacağını, onları heç kim özünə birləşdirmək haqqında fikirləşmədiyini deyirdisə, indi görürük ki, həmin ərazilərlə bağlı ermənilərin mövqeyi xeyli sərtləşib. Biz son 10 ildə Minsk Qrupunun təklif etdiyi variantları və tərəflərin tutduğu mövqeləri müqayisə etsək, mənfi dinamikanı görərik. Azərbaycan tərəfi sənəddə bir neçə təhlükəli məqamın əksini tapmasına razılıq verib. O cümlədən Dağlıq Qarabağın müvəqqəti statusunun səsvermə yolu ilə müəyyənləşdirilməsi prinsipindən söhbət gedir. Azərbaycan üçün mənfi dinamika göz qabağındadır. Bunun qarşısı təbii ki, alınmalıdır”.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu