SON XƏBƏRLƏR

Qum şəhəri ruhani məktəbinin tələbələri son tutuqlamalar barədə bəyanat yayıblar

2021.10.20, 07:36
Qum şəhəri ruhani məktəbinin tələbələri son tutuqlamalar barədə bəyanat yayıblar

Gunaz.tv

GünAzTv: Tarix boyu öz canfişanlığı ilə seçilən Qəhrəman Azərbaycan diyarının mədəni fəallarının tutuqlanması xəbəri, biz Qum şəhərinin ruhani məktəbi tələbələrini dərindən sarsıtdı.

 

Azərbaycan tarix boyu zalim hakimiyyətlərə qarşı mübarizələrin mərkəzində yer alıb. Azərbaycanlı mədəni fəalların irqçı hakimiyyətlə mübarizəsi haqqa doğru və Əli (ə) ədaləti istiqamətindədir.

 

Böyük ALLLAHdan istəyirik ki, İran əhalisi və xüsusi ilə Azərbaycan türklərini zülməqarşı mübarizədə yardım edib, zahirən islamı görünən hakimiyyətin zindanlarında çürüyən minlərlə siyasi məhbusu nicat versin.

 

Ümid edirik ki, diktatura şərtləri altında yaşayan bütün İran əhalisi xüsusi ilədə Azərbaycan türkləri İran adlı zindandan qurtulub, öz azadlıqlarına qovuşacaqlar.

 

Bir qrup Qum şəhəri Ruhani Məktəbinin tələbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar