SON XƏBƏRLƏR

Daha bir gənc əsgərimiz şəhid oldu

2021.10.20, 07:36
Daha bir gənc əsgərimiz şəhid oldu

Gunaz.tv

GünAzTv: Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində gedən atışmada daha bir əsgərimiz şəhid olub. Bu barədə ANS-in Qarabağ bürosu məlumat yayıb.

şəhid olan əsgərimiz 19 yaşlı İsmayılov Süleyman Nəbi oğludur. Şəhidin atası Nəbi İsmayılovun verdiyi məlumata görə, iyulun 23-də ona oğlunun qulluq etdiyi hərbi hissədən zəng vuraraq Süleymanın yaralandığı barədə məlumat veriblər. Ötən gün isə Süleyman şəhid olub.

Şəhid Süleyman İsmayılov dünən Ramanı qəsəbəsində dəfn olunub.

Qeyd edək ki, Süleyman İsmayılov 1992-ci ildə anadan olub, bu ilin yanvar ayında Bakının Nərimanov rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar