SON XƏBƏRLƏR

Bu gün İrana qarşı yeni sanksiyaların təsdiqlənəcəyi gözlənilir

2021.10.20, 07:36
Bu gün İrana qarşı yeni sanksiyaların təsdiqlənəcəyi gözlənilir

Gunaz.tv

GünAzTv: yeni sanksiyalara İranın neft və qaz sənayesinə yatırımlara qadağanın qoyulması, eləcə də ölkənin inqilab keşikçilərini (SEPAH) hədəfləyən tədbirlər də daxildir.

Avropanın xarici işlər nazirlərinin Brüsseldə görüşərək İrana qarşı yeni sanksiyaları təsdiqləyəcəkləri gözlənilir.

Bu sanksiyalar İranın nüvə proqramı ilə bağlıdır.

Deyilənə görə, buraya İranın neft və qaz sənayesinə yatırımlara qadağanın qoyulması, eləcə də ölkənin inqilab keşikçilərini (SEPAH) hədəfləyən tədbirlər də daxildir.

Yüksək vəzifəli amerikalı rəsmi bildirib ki, sanksiyalar artıq İrana təsir etməyə başlayıb, belə ki, dünya boyunca şirkətlər onunla əməkdaşlıqdan imtina edəcək.

İran nüvə proqramının sülh məqsədli olduğunu iddia edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar