SON XƏBƏRLƏR

Sakinə Məhəmmədi Aştiyaninin daşqalaq hökmü dünyanın 32 ölkəsini ayağa qaldırıb

2021.10.20, 07:36
Sakinə Məhəmmədi Aştiyaninin daşqalaq hökmü dünyanın 32 ölkəsini ayağa qaldırıb

Gunaz.tv

GünAzTv: Hüquq müdafiəçiləri İranda ölüm hökmünə məhkum edilmiş qadının müdafiəsinə qalxıb.

Srağagün dünyanın bir sıra ölkəsində ölüm hökmünə məhkum edilmiş Sakinə Məhəmmədi Aştiyaninin müdafiəsi məqsədilə aksiyalar keçirilib. Əsasən hüquq müdafiəçilərinin iştirak etdiyi mitinqlər ümumilikdə 32 ölkədə, o cümlədən Braziliya, Böyük Britaniya, Fransa, Gürcüstan, Almaniya, İtaliya və İsveçdə təşkil edilib.    Xatırladaq ki, İran məhkəməsi həyat yoldaşına xəyanətdə təqsirləndirilən Sakinə Məhəmmədi Aştiyaninin daşqalaq yolu ilə öldürülməsi barədə hökm çıxarıb. Bu, beynəlxalq hüquq müdafiəsi təşkilatları, Avropa Birliyi və ABŞ-ın (Amerika Biurləşmiş Ştatları) kəskin etirazlarına səbəb olub. Bu yaxınlarda İran hökuməti hökmün icrasını təxirə saldı. Amma ölüm hökmü hələ də qüvvədə qalmaqda davam edir. Sakinə Məhəmmədi Aştiyani müasir İranda nadir hallarda tətbiq olunan cəzaya 2006-cı ildə məhkum edilib. Adətən, belə cəzalar ərinə xəyanət edənlərə qarşı tətbiq edilir.

Xatırladaq ki, adını çəkdiyimiz qadın ilk dəfə məhkəmə tərəfindən 90 zərbə qamçıya (şallaq) məhkum edilib və bu hökm icra da olunub. Ancaq məhkəmə bir daha onun tutuqlanmasına qərar verib. Sözü gedən qadın özünü heç vaxt suçlu bilməyib. o zorlandığını açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar