SON XƏBƏRLƏR

Məhbus fəal mühəndis Həsən Rəhimi telefon əlaqəsi saxlayıb

2021.10.20, 07:36
Məhbus fəal mühəndis Həsən Rəhimi telefon əlaqəsi saxlayıb

Gunaz.tv

GünAzTv: 2010-cu il iyul ayının 21-də (1389-cu il tir ayının 30-u) insan haqları fəalı, milli-mədəni fəal mühəndis Həsən Rəhimi Bayat öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb.

 

Cənab Rəhimi telefon əlaqəsində sağ və səlamət olduğunu bildirib. Məlumata görə, Rəhimi yüksəs ruhda olubdur.

 

Mühəndis Rəhimi bəyan edib ki, iki həftə Tehranın Evin zindanında saxlanıldıqdan sonra yenicə Təbriz zindanına köçürülüb. Halbuki onun ailəsi Evin zindanına müraciət edərkən zindan məsulları  Rəhiminin həmən Təbriz zindanına köçürdüklərini bildirmişdilər.

 

Adını çəkdiyimiz milli-mədəni fəal hələ mühakimə olunmayıb. O hazırda təknəfərlik kamerada saxlanılır.

 

Qeyd edək ki, sözü gedən telefon əlaqəsi Rəhiminin öz ailəsi ilə saxladığı ilk əlaqə olubdur. O 2010-cu il iyul ayının 3-də (1389-cu il tir ayının 12-i) tutuqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar