Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: İran hakimiyyətinin atom-nüvə proqramı iddiasından cəmiyyətin adi və işgüzar təbəqəsi daha çox əziyyət çəkir.
Ölkə iqtisadiyyatında yaranmış böhranı aradan qaldırmaq, onu dirçəltmək üçün İslam Respublikasının rəhbərliyi çıxış yolunu ... gəlir vergisini artırmaqda görür. Bu isə ciddi narazılığa səbəb olub.Ötən həftənin sonunda Güney Azərbaycanın Urmiya şəhərində iş adamları Təbriz bazarı tacirlərinin başladığı etiraz aksiyasını dəstəkləyərək, tətil ediblər. "GünAzTv" xəbər verir ki, Urmiya bazarında hələlik parça, məişət əşyaları və qızıl məmulatları satan dükan yiyələri bu tədbirə qoşulub. Xəbərdə o da bildirilir ki, yaxın günlərdə tələbat malları, məişət avadanlığı mağazalarının sahibləri də tətilə qoşulacaqlar.Havaların isti keçməsi ilə əlaqədar İran hakimiyyəti ölkənin 20-yə yaxın əyalətində dövlət müəssisələrində işi iki sutkalığa dayandıranda yerli mütəxəssislər o saat bildirdilər ki, bu addım tətil aksiyalırının qarşısını almağa yönəlib.Təbriz bazarında iş adamlarının tətilinə gəldikdə, "canaz.tv"yə istinadən məlumatlarda bildirilib ki, iş adamları gəlir vergisinin 70 faiz artırılmasına, İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası sayılan yarımhərbi dəstə - bəsiclər tərəfindən Elnaz Babazadənin faciəli şəkildə öldürülməsinə, Güney Azərbaycan türklərinin milli haqlarını tələb edənlərin tutulmasına etiraz edirlər.Dinc etiraz aksiyası zamanı Təbriz bazarında sahibkarlar iş yerlərini, ticarət mərkəzlərini, dükanlarını açmayıblar. Şəhərin küçə divarlarında "Vergi artımı dayandırılsın!", "Azərbaycan türklərinə qarşı qətllərə son qoyulsun!", "Siyasi məhbuslara azadlıq!", "Türk dilində mədrəsə olmalıdır, hər kəsə!", "Türk milləti çəkməz belə zilləti!" və s. şüarlar yazılıb.Mənbənin bildirdiyinə görə, polis hadisə yerini bütövlükdə mühasirəyə alıb. Bu da anlaşılandır. İran hakimiyyəti "ictimai təhlükəsizlik" kampaniyası adı altında ölkə vətəndaşlarının hüquqlarını tapdayır, bir sıra hallarda onları fiziki cəhətdən "aradan götürür". Bu onların praktikasında adi haldır.Ötən həftənin sonunda Təbrizin "Vəli-əsr" məhəlləsində 26 yaşlı Elnaz Babazadə adlı gənc qız başını "islam qaydaları"na uyğun örtmədiyinə görə dini hakimiyyətin məmurları tərəfindən vəhşicəsinə öldürüldüyü xəbəri yayıldı.İnsan Haqlarını Müdafiə Təşkilatının "HERANA" adlı saytının məlumatına əsasən, İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası, "bəsic" adlanan yarımhərbi dəstənin üzvləri Təbrizin "Vəli-əsr" məhəlləsində Elnaz Babazadənin sürdüyü maşını saxladaraq, ona "baş örtüyünün islam qaydalarına uyğun örtülmədiyini" bildirmiş və onlarla bir yerdə polis bölməsinə getməsini tələb etmişlər. Elnaz Babazadə onların bu tələbinə tabe olmaqdan imtina edir...İran hakimiyyətinin quldur təbiətli 3 məmuru gənc qızın üstünə odlu silah çəkir, idarə etdiyi şəxsi minik maşınına soxulub, onu xəlvət yerə aparırlar. Bu üç məmur gənc qızı zorlayaraq, tapança ilə başından vurub qətlə yetirirlər... Elnaz Babazadənin cəsədini isə Təbrizin "İmamiyyə" qəbiristanlağına atırlar...Mənbənin məlumatına görə, Elnaz Babazadəyə təcavüz edib, qətlə yetirənlərdən biri yüksək mənsəbli qvardiya komandirlərindən birinin oğludur. Qatil öz vəhşi hərəkətinə bəraət qazandıraraq deyib ki, "Allahın əmri"ni yerinə yetirib (?), "hicabsızlığa" qarşı mübarizə aparıb.Vergi məsələsinə qayıdaq. Hakimiyyət keçən illə müqayisədə gəlir vergisini 2,5 dəfə artırmaq niyyətində idi. Ancaq Tehran bazarının tacirləri verginin bu səviyyədə artırılacağına qarşı tətilə baş vuracaqları ilə bağlı xəbərdarlıq etdilər. Hətta Tehranda dükan və bazar etiraz niyyəti ilə bir günlüyə qapadıldı. Tacirlərin bu addımından narahat olan hökumət bir az geri çəkilərək, vergini 70 faiz artırdığını bildirdi. Tətil dalğasının böyüyüb inkişaf edəcəyindən ehtiyat edən hökumət gəlir vergisinin 15 faizə qədər endirildiyi barədə söz-söhbət gəzməkdədir. Tacirlər isə buna inanmır, hökumətin bu xəbəri rəsmi şəkildə elan etməsini istəyirlər.Yeri gəlmişkən, iqtisadi məzmunlu belə tətillər İranda az hallarda keçirilir. 2008-ci ildə Tehran bazarının keçirdiyi tətil bir həftə sürmüşdü. Onda da hökumət əlavə dəyər vergisini artırmaq istəyirdi. Tətildən sonra hakimiyyət bu addımından əl çəkdi.Hakimiyyət vergini "ölkə iqtisadiyyatının dirçəldilməsi məqsədi" ilə artırmaq istədiyini bildirir. Amma belə bir fikir var ki, atom-nüvə proqramı böyük pullar "yediyindən" ölkə maliyyə çətinliyi içərisindədir və iqtisadiyyat fəlakətə doğru gedir. Bu halda hökumətin vergiləri artırmaqdan başqa çarəsi yoxdur. S.Sədrəddin
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu