SON XƏBƏRLƏR

İrəvan danışıqların formatını dəyişməyə çalışır

2021.10.20, 07:36
İrəvan danışıqların formatını dəyişməyə çalışır

Gunaz.tv

GünAzTv: Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, qondarma qurumun gələcək statusundan danışıb. Ekspertlər bunu, danışıqların formatında dəyişiklik etmək üçün ermənistanın növbəti cəhdi kimi dəyərləndirirlər.

 

Bako Saakyan Dağlıq Qarabağın erməni icmasının danışıqlar prosesində iştirakını təmin etmək üçün iş aparıldığını bildirib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun da məsələyə yanaşması dəyişib. Azərbaycanlı ekspertlər isə hesab edir ki, saparatçı rejimin fəallaşması, həmsədr ölkələrdən aldığı dəstəklə bağlıdır. Saakyanın sözlərinə görə, Qarabağın erməni icması danışıqlarda iştirakı edərsə, ATƏT –in Minsk qrupu prosesdə böyük nəticəyə nail ola bilər. Qarabağın gələcək statusuna gəlincə, separatçıların lideri bildirib ki, yekun statusu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi çərçivsəində görmürlər. Siyasətşünas hessab edir ki, Haaqa Tribunalında Kosovo ilə bağlı qərarın qəbulundan sonra ermənilərin belə fəallaşması yersizdir. Çünki, müxtəlif səviyyələrdə, dəfələrlə bəyan edilib ki, Kosovo məsələsi Dağlıq Qarabağ üçün president ola bilməz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar