SON XƏBƏRLƏR

Milli-mədəni fəal Ayət Məhəmməd Cəfəri azadlığa buraxılıb

2021.10.20, 07:36
Milli-mədəni fəal Ayət Məhəmməd Cəfəri azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Kəleybər Məhkəməsi tərəfindən 91 gün həbs cəzasına məhkum edilib və hökmün icrası üçün Əhər zindanına aparılan milli-mədəni fəal cənab Ayət Məhəmməd Cəfəri azadlğa buraxılıb.

 

Cənab Cəfəri 2004-cü il iyul ayının 2-də (1383-cu il tir ayının 12-i) Azərbaycanın müqavimət simvolu Babəkin doğum günün ildönümü mərasimində iştirak edərkən Babək Qalasında tutuqlanıb, 10 gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

 

Onun ittihamı Babəkin Doğumunun ildönümü mərasimində iştirak etməklə ümumi asayişi pozmaqdan ibarətdir.

 

Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal bundan öncədə həbs edilib. O 2002-ci il dekabr ayının 12-də (1381-ci il azər ayının 21-i) Prof Doktor  Məhəmməd Tağı Zehtabinin məzarı üstündə  tutuqlanıb, Təbriz polisinin təhlükəsizlik şöbəsinin təcridxanasında bir həftə saxlanıldıqdan sonra azadlığa buraxılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar