SON XƏBƏRLƏR

İran rejimi 5 nəfərin əllərini kəsdi

2021.10.20, 07:36
İran rejimi 5 nəfərin əllərini kəsdi

Gunaz.tv

GünAzTv: İranda həbsxanada saxlanan beş nəfərin əli kəsilib. İyul ayının 22-də (tir ayının 31-i) barələrində icra olunan əlkəsmə hökmü Həmədan həbsxanasında baş tutub.

 

Əlləri kəsilən məhbusların orta yaş həddi 25-dir. Onlar oğurluqda suçlanırlar. Bu barədə Həmədan şəhərinin prokuroru Əkbər Beygləri jurnalistlərə məlumat verib. O əlləri kəsilən məhbusların dəfələrlə oğurluq etdiklərini bildirib.

 

Prokuror Əkbər Beygləri jurnalistlərin suallarınıda cavab verib. “Nəyə görə hökm ictimaiyyət qarşısında icra olunmayıb” sualını “Hökm ictimaiyyət qarşısında icra olunsa, dünyanın zülmkar fövqəldövlətləri məsələdən sui-istifadə edər, İranda insan hüquqlarına riayət olunmadığı barədə iddia irəli sürərlər”. deyə cavablandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar