Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Tehran nüvə proqramını dayandırmır, tətbiq edilən sanksiyaların əziyyətini daxildə çəkməyə başlayıb, Ermənistanla birlikdə həyata keçirilən layihələrin sayı isə artır.2002-ci ildən bəri bütün dünya İran məsələsi ilə yatıb, İran prroblemi ilə yuxudan qalxır. Tehranın nüvə proqramı həyata keçirməsi barədə xəbərin yayılmasından sonra ayağa qalxan böyük dövlətlər artıq bunun qarşısını almaq üçün bir sıra addımlar atırlar. Sankisyalar, embarqoların tətbiqi, bölgəyə hərbi kontingentin yerləşdirilməsi və digər cəhdlərin hələlik nəticə vermədiyi də göz qabağındadır. Hadisələrin gedişatı İranın ciddi şəkildə sıxışdırılacağından xəbər verir və onun təsirləri demək olar ki, görünməkdədir. Sanksiyalar nələri ehtiva edir? İranın nüvə proqramı həyata keçirməsi məsələsi 1995-ci ilə təsadüf edir. Həmin vaxt Rusiya ilə anlaşan Tehran Buşehrdə ilk Atom Elektrik Stansiyasını inşa etməyə başlamışdı. Həmin vaxt Qərb məsələyə ciddi yanaşmamaqla bərabər, həm də elə zənn edirdi ki, vəziyyət indiki şəkil almayacaq. Hətta belə bir düşüncə də hakim idi ki, İran sadəcə, bununla blef edir. Zaman-zaman kəşfiyyatın gətirdiyi xəbərlər Qərbin qarnına sancı dolduracaq qədər təsirləri olurdu. Amma yenə də inandırıcı görünmürdü ki, İran bu cür imkanlara sahib ola bilər. Nəhayət, «bomba» partladı. Özü də 2009-cu ilin sentyabr ayında. Xəbər yayıldı ki, İran uranı zənginləşdirməyə başlayıb. BMT-nin kürsüsündən də prezident Mahmud Əhmədinejat bəyan etdi ki, bu həqiqətən də belədir və məsələdən MAQATE-nin xəbəri var. Ardından əl-ayağa düşən ABŞ və müttəfiqləri təcili tədbirlər görməyə başladılar. Qısa müddətdə bir araya gələn BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya (5+1) İrana qarşı sanksiya məsələsini müzakirəyə çıxardılar. Bir müddət davam edən müzakirələrin ardından nəhayət, qərar qəbul edildi. Və İranın blokadaya alınması üçün bütün addımların atılmasına başlanıldı. Həmin embarqolar və sanksiyalar hansı sahələri əhatə edir? İlk növbədə İranın uran mədənlərinin işlənməsi, uranın zənginləşdirilməsi, yenidən işlənilməsi, ağır suyun hazırlanması və nüvə silahı üçün gərəkən komponentləri əldə etməyə yardımçı olan sahələrə investisiyaların qoyulmasının qadağan edilməsi nəzərdə tutulur. İkinci sırada İranın digər silahlarla silahlanmasını önləmək üçün onlara bu qəbildən olan vasitələrin satılmasının qadağan edilməsi dayanır. Həmçinin qərara əsasən İrana silahlar haqqında texniki və maddi dəstəyin verilməsi də qadağandır. Tehranın nüvə başlığı daşımaq gücündə olan ballistik raketlərin hazırlanması və onunla bağlı bütün fəaliyyətlərinin qeyri-qanuni olaraq qəbul edilməsi də həmin sırada var. İrana məxsus gəmilərin yoxlanılması isə tərəflər arasında ciddi gərginlik yaratmışdı, amma Amerika yenə də mövqeyindən çəkilmədi. Və nəhayət, İranın bu istiqamətlərdə göstərdiyi fəaliyyətlərinə yardım edən və ya pul köçürmələri aparan şirkətlərin boykot edilməsi də qoyulan qadağalar arasında var. Aldanan və adadılan tərəflər Təbii ki, işin içində aldanan və aldadılan tərəflər var. İraq məsələsində olduğu kimi, ABŞ İranda baş verənlərə də bir qədər fərqli yanaşmaqla, əslində nələrin baş verdiyini bilmək istəmədi. Nəticədə, vəziyyət indiki şəkil alıb və bundan sonra nələrin baş verəcəyini isə demək çox çətindir. Bizi burada maraqlandıran aldanan və aldadılan tərəflərdir. Qeyd edək ki, aldanan tərəf Qərb və onun daimi müttəfiqləridir. Onlar iki mənada aldandılar. Birincisi, Rusiya Buşehrdə AES tikiməyə başlayanda işi ciddiyyə almadılar və bunun sonadək gedəcəyini düşünmədilər. İkincisi isə hələ də İranın nüvə silahı olub, olmadığı barədə müəmmanın içindədirlər. Dəqiqləşdirə bilmirlər ki, faktiki olaraq Tehran nə etmək istəyir. Hərçənd molla hakimiyyəti bəyan edir ki, onların nüvə silahı hazırlamaq kimi niyyətləri yoxdur. Ancaq «çi fayda», yenə də hər kəs bildiyində və şübhəsində qalıb. Aldadılan tərəf isə İrandır. Əslində, İranın aldadılması göz qabağındadır. Rusiyanın 1995-ci ildən bəri bu ölkə ilə oynadığı oyunun mahiyyətinə diqqət yetirdikdə açıq şəkildə görünür ki, ortada ciddi bir bazarlıq predmeti hazırlanır. Moskva bu gün İranda AES-lər tikə bilər, onun texnoloji avadanlıqlarını da vermək gücündədir. Ancaq bu avadanlıqları heç bir vaxt iranlıların əlinə verməz. Ona görə ki, sabah qulağının dibində yeni bir təhlükə mənbəyinin formalaşmasını istəməz. TÜRKSAM Terror İnstitutunun rəhbəri Cəlaləddin Yavuz bununla bağlı deyir ki, hal hazırda Rusiya böyük bir şans əldə edib və qərblə istədiyi şəkildə oynamağa başlayıb. Onun sözlərinə görə, həmin şansı yaradan İrandır və onu bazara çıxaran ruslar da yaxın vaxtlarda Qərbdən istədiyini ala biləcək. «İranın nüvə texnologiyası ruslardan gəlib, onun necə işlədilməsinin sirrini də özləri bilirlər. Elə dünyada İranın nüvə texnologiyasına sahib olmaq məsələsini də dolayısı ilə Kreml ortaya atdı və bu gün də onun bəhrəsini görməkdədir. Moskvanın vaxtaşırı çalpaşıq fikirlər səsləndirməsi isə aparılan bazarlıq işlərinin qiymətini artırmağa xidmət edir. Yaxın vaxtlarda yəqin ki, bunun bütün detalları üzə çıxacaq».Yavuz daha sonra deyir ki, Rusiya bunun misalı olaraq S-300 tipli raketlərin satışını durdurmasını göstərir. O deyir ki, illərdən bəri İrana adi silahlar verən və bununla görüntü yaradan Moskva sonda verdiyi qərarın üzərindən xətt çəkdi. «Rusiya İrana S-300 raketlərini satmaq barədə müqavilə bağlasa da, sonda onları satmaqdan imtina etdi. Tehranın qəzəblənməsinə səbəb olan bu addım təkcə raketlərlə bağlı deyildi, həm də başqa detalların satışının dayandırılmasını da əhatə edirdi. Çünki Rusiya İrana vəd etdiyi nüvə texnologiyasının bəzi hissələrini verməkdən də imtina etmiş kimi görünür».Mühasirəni necə dəlməli? Təbii ki, İran BMT-nin tətbiq etdiyi sanksiyaları nə qədər kiçik gördüyünü açıqlasa da, bunun əziyyətini çəkməyə başlayıb. Fakt odur ki, hal hazırda qapalı vəziyyətə düşən Tehran həm daxildəki iqtisadi durumunu düzəltmək, həm də başqa dövlətlərlə ticarət əlaqələrini qurmaq üçün ciddi çətinliklərlə üzləşməyə başlayıb. Hətta iş o yerə çatıb ki, rəsmi Tehranın maliyyə köçürmələrini həyata keçirmək üçün Almaniyadakı kiçik bankdan başqa heç bir güvəncə yeri qalmayıb. Onu da yaxın günlərdə Amerikanın təzyiqləri ilə Berlin hökuməti bağlasa, o zaman kritik vəziyyət daha da ağırlaşmağa başlayacaq. Ancaq İran vəziyyətdən çıxmaq üçün bir sıra yollar da axtarır. Rusiya ilə aralarında yaşanan gərginliyin ardından Çinə üz tutan Tehran Pekinlə sıx əməkdaşlıq etmək istəyir. Yaponiya, Hindistan və Cənubi Koreya ilə də əlaqələrini genişləndirib, onlara neft və qaz satmağa cəhd edən Əhmədinejat hökuməti Afrika dövlətlərinə qədər əlini uzatmağa çalışır. Türkiyə ilə də enerji sahəsində əməkdaşlıq səviyyəsini artırmağa başlamış İran Cənubi-Şərqi Asiya dövlətlərinə böyük ümid bəsləyir. Düzdür, Avropada İtaliya kimi dövlətlə də limanlar məsələsində anlaşma əldə edən Tehran indiyə qədər apardığı danışıqların nəticəsini görə bilmir. Çünki Roma da artıq BMT-nin qərarlarına riyayət etməkdən başqa çıxış yolu görmür. Hindistan və Pakistan İranın əlaqələrini genişləndirmək istədiyi əsas ölkələrdəndir. Pakistanla qaz kəməri layihəsi müqaviləsi imzalayan İran həmin prosesi 2014-cü ilə qədər başa çatdırmaq fikrindədir. Həmin müqaviləyə əsasən çəkiləcək kəmərlə gündəlik 21,5 milyon kub metr təbii qaz nəql etmək planlaşdırılır. ORSAM-ın Yaxın Şərq üzrə mütəxəssisi Sercan Doğan bununla bağlı deyir ki, hər nə qədər İran və Pakistan arasında Əfqanıstandakı daxili çəkişmələr, Pakistandakı şiə azlıq və İrandakı sünni Bəlluc Hərəkatının Pakistan torpaqlarında fəaliyyət göstərməsi məsələlərində narazılıq olsa da, iqtisadi maraqlar heç vaxt ikinci plana keçməyəcək. «İran Qərb ölkələrinin tətbiq etdiyi embarqolardan şübhəsiz əziyyət çəkəcək. Ancaq iqtisadi blokadanın hazırkı səviyyəsi İranı heç də ağır proseslərə sürükləməyəcək. Böyük ehtimalla ABŞ və müttəfiqləri izolyasiyanı daha da ağırlaşdırma yoluna gedərək, İranın daxili problemlərini qabartmağa çalışacaqlar. İran hakimiyyəti isə məsələyə iqtisadi və siyasi bir problem kimi yox, hakimiyyəti qorumaq kimi baxdığından, həmin blokadanı dəlmək üçün addımlar atmağa başlayacaq».Sanksiyalar daxilə təsirini göstərməyə başladı İran hakimiyyəti vəziyyətin nə yerdə olduğunun fərqindədir. Və vəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtarır. Təkcə qonşu dövlətlərlə əlaqələri genişləndirmək deyil, həmçinin ölkənin içində iqtisadi durumu düzəltmək üçün hərəkətə keçən hökumət yeni islahat paketini açıqlayıb. Amma bu açıqlanan paket ölkənin daxilində ciddi bir narazılığın əsasını qoymağa başlayıb. Dünyanın 5-ci neft ölkəsi olan İranın iqtisadi sıxıntılarla üzləşməsinin təbii ki, əsas səbəbi sanksiyalardır. Nüvə proqramından imtina etməyəcəyini açıqlayan rəsmi qurumlar bununla yanaşı daxildə iqtisadi problemləri çözəcəklərini vəd etsələr də, yenə də tarazlığı qoruyub saxlaya bilmirlər. Narazılıq yaradan əsas məqam isə ƏDV-nin ən yüksək həddə çatdırılmasıdır. Yeni iqtisadi islahat paketində ƏDV-nin 70 faizə qaldırılması nəzərdə tutulur. Bundan başqa, indiyə qədər büdcədən ayrılan subsidiyaların həcmində də məhdudiyyətlərin tətbiq edilməsi qərara alınıb. Eyni zamanda, vergilərin artırılmasının da nəzərdə tutulmasının ən böyük zərbəsi tacirlərə dəyəcək ki, buna da artıq ilk reaksiya gəlib. Belə ki, İran Tacirlər Şurasının üzvləri qısa müddət ərzində Tehranda aclıq kimi etiraz aksiyaları düzənləyəcəklərini açıqlayıblar. İndiki həssas məqamda isə bunun həyata keçirilməsi hökumət üçün ciddi başağrısıdır. Ona görə ki, ötən ilin yayından daxildə başlayan narazılıq nəticəsində güclənən müxalifət həmin tacirləri öz tərəfinə çəkə bilər. «RAND Corporation» Analitik Qrupunun mütəxəssisi Əlirza Nadir bununla bağlı deyir ki, İranın zəif iqtisadi gücə malik olması ölkənin içində narazılıqları artırır. Onun sözlərinə görə, sanksiyalar isə iqtisadi sıxıntıları daha da artırır. Ancaq Nadir deyir ki, bütün bunlara rəğmən İran hökuməti nüvə proqramı ilə bağlı geri addım atacağına inanmır. «Bütün bunların fonunda, yəni məmnuniyyətsizliklə üz-üzə qalmış Əhmədinejat və SEPAH iş dünyası da daxil olmaqla, cəmiyyət üzərində təzyiqlərini artırmaqla, daxili və xarici siyasətdə hədəflərinə çata bilərlər».Mərkəzi Vircinaya ştatında yerləşən Strayer Universitetinin siyasi elmlər professoru Rəsul Nəfisi isə vurğulayır ki, İranın daxilindəki ən kiçik hadisələr böyük proseslərin əsasını qoya bilər. «Çox kiçik bir hadisə zəncirvari proseslərin başlanmasına təkan verə bilər. Dolayısı ilə hökumət, təzyiq, təhdid və təsiretmə siyasətləriylə hər cür narahatlıq yaradacaq hadisələri təyin edər, etməz onun qarşısını almaq üçün addımlar atır». Amma İran hakimiyyətini içəridə narahat edən əsas məqam «Yaşıl İttifaq»ın tacirləri öz tərəfinə çəkə biləcəyidir. İslam İnqilabının baş verməsində böyük rolu olan bu təbəqənin Musəvinin tərəfinə keçməsi isə o deməkdir ki, ölkədə durum dəyişəcək. Con Hopkins Universitetinin sosioloqu Kevan Harris bildirir ki, belə bir əməkdaşlığın sadəcə, islahatçılarla tacirləri birləşdirəcək fon yarada bilməsi hakimiyyət üçün təhlükəli məqamlardan xəbər verir. Onun sözlərinə görə, tacirlər yaranmış vəziyyətə etiraz edərək, «Yaşıl Hərəkat»ın tərəfinə keçə bilər. «Həmin vaxt Musəvi tərəfdarlarının müdafiə etdiyi kimi, daha yüksək vergi toplayacaq və subsidiyaları daha tarazlıqsız dağıdacaq bir dövlət modeli tacirlərin ənənəvi «buraxın etsinlər» anlayışı ilə uyğunluq təşkil etməyə bilər».Molla ilə xaçpərəsti bağlayan «tellər» Bu əsnada bizim üçün maraqlı olan bir məqam da üzə çıxıb. Məlum olub ki, İranla Ermənistan arasında əlaqələr daha da genişlənir. Artıq Ermənistanın müdafiə naziri Seyran Ohanyan İrana səfər edərək, bir sıra danışıqlar aparıb. Bunun təkcə hərbi sahəni əhatə etdiyini düşünmək isə yanlışlıq olardı. Ortada iqtisadi və siyasi mənada planlar var və onların reallaşdırılması tərəflər arasında razılaşdırılmış kimi görünür. İranla Ermənistan arasında hansı işlər görüləcək? İlk olaraq Araz çayı üzərində yeni SES-in tikilməsi nəzərdə tutulur. Bu il inşasına başlanılacaq layihənin dəyəri 350 milyon dollardır. İran şirkətlərinin 18 aya tikəcəyi SES-ə xərclənəcək pulun 170 milyon dolları nağd ödəniləcək. Yerdə qalan 180 milyon dolları isə SES fəaliyyətə başladıqdan sonra Tehrana satılacaq elektrik enerjisi hesabına veriləcək. İkinci layihə isə neft kəmərinin çəkilməsindən ibarətdir. 180 milyon dollara başa gələcək kəmər vasitəsi ilə nəql ediləcək nefti Ermənistan dünya qiymətinə alacaq. Nəqliyyat sahəsində də iki ölkə arasında razılaşmalar var. Hələ bir müddət əvvəl İranın XİN başçısı Mənüçöhür Möttəki İrəvanda səfərdə olarkən bununla bağlı iki layihə barəsində danışmışdı. Onlardan biri yeni dəmir yolunun, digəri isə Cənub-Şimal avtomobil magistralının inşasıdır. Dəmiryolu layihə çox önəmli regional əhəmiyyətə malikdir. Planlaşdırmalara görə, dəmiryolu üst-üstə 470 km uzunluğunda olacaq. Onun 410 km-i Ermənistan, 60 km-i isə İranın ərazisindən keçəcək. Üç mərhələdən ibarət layihənin 5 ilə başa çatdırılması nəzərdə tutulur. Layihənin dəyəri isə 2 milyard dollara yaxındır. Bunun üçün Ermənistan Dünya Bankı və Asiya İnkişaf Bankı ilə yanaşı, Rusiyaya da müraciət edib. Avtomobil yoluna gəldikdə isə onun başa çatdırılması 2017-ci ildə baş çatmalıdır. Bu yol Ermənistanın şimalındakı Bavra ilə cənubdakı Meğrini birləşdirəcək. Həmin yol daha sonra isə Gürcüstanın Batum limanına qədər uzanacaq. İrana bağlanmanın ən böyük üstünlüyü budur ki, Batum limanı ilə Bəsrə körfəzi arasında əlaqə qurulacaq. Tia.az
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu