Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan təklif irəli sürdüyü üzə çıxıb.
Məlum olub ki, Ermənistan və Azərbaycan prezidentləri arasında iyun ayında Sankt-Peterburqda keçirilən danışıqlara vasitəçilik edən prezident Dmitri Medvedyev yenilənmiş Madrid prinsiplərini yeni məzmunda tərəflərə təqdim edib. Hansı ki, həmin danışıqlarda erməni tərəfi yenilənmiş Madrid prinsiplərinin bu ilin yanvarında Soçidə razılaşdırılmış son variantına öz münasibətini açıqlamalıydı.
Sankt-Peterburqda Madrid prinsiplərinin yeni redaktədə təqdim edildiyi barədə ilk dəfə erməni tərəfi açıqlamalar verib. Rəsmi Bakı əvvəlcə yeni təkliflərin olduğunu təsdiqləməsə də sonradan xarici işlər naziri Elmar Məmmədyarov təsdiq edib ki, həqiqətən prezident Medvedev gündəmdə olan sülh planına dair bəzi ideyalar irəli sürüb. Lakin nazir vurğulayıb ki, danışıqlar prosesi üçün rəsmi şəkildə mövcud olan təkliflər yenilənmiş Madrid prinsipləridir. Erməni tərəfi isə bir neçə aydır Azərbaycan tərəfinin istifadə etdiyi taktikanı mənimsəyərək Bakını vasitəçilərin təkliflərinə cavab verməyi ləngitməkdə günahlandırmağa başlayıb. Başqa sözlə, Medvedyev Sankt-Peterburqda Ermənistanın danışıqlar prosesini yenidən uzatmasına imkan yaradan taktiki gediş edib. Belə görünür ki, Medvedyevin irəli sürdüyü təkliflər erməni tərəfinin maraqlarına cavab verir: “Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında Madrid prinsipləri var və onların əsasında Sankt-Peterburqda yeni təkliflər təqdim olunub”. Bunu Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda erməni diasporunun nümayəndələri ilə görüşdə deyib. Nə qədər qəribə olsa da, Serj Sarkisyan rəsmi Bakının yeni təklifləri qəbul etmədiyini bildirib: “Əgər Azərbaycan ATƏT-in Minsk Qrupu tərəfindən təqdim olunan təklifləri qəbul etdiyini desə, danışıqlar davam edəcək. Əks təqdirdə, başqa yollar seçiləcək. Bəli, danışıqlar davam edir. Sankt-Peterburqda edilmiş təkliflər var. Bu sənəd danışıqların davam etdirilməsinə imkan verir. Görək Azərbaycan nə deyəcək”. Sarkisyanın sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Almatı bəyanatında Dağlıq Qarabağ münaqişəsinin həlli üç prinsipə - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə hüququ və güc tətbiq edilməməsinə əsaslanmalıdır: “Bundan başqa, qeyd olunub ki, bu prinsiplərin hər üçü bərabər gücdədir və onlardan hər hansı biri digərindən üstün tutula bilməz”. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Sarkisyanın bəyanatını şərh edərkən deyib ki, Sankt-Peterburqda keçirilən görüşdə ATƏT-in Minsk Qrupunun yalnız bir həmsədr ölkə - Rusiya iştirak edib və bununla əlaqədar orada səsləndirilən təkliflər Minsk Qrupunun təşəbbüsü deyil. “Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin formatı üç həmsədr ölkə - Rusiya, ABŞ və Fransa tərəfindən razılaşdırılan təkliflərin irəli sürülməsini nəzərdə tutur. Peterburqda isə Rusiya tərəfindən işgüzar təkliflər edilib. Və bunlar ATƏT-in Minsk Qrupu tərəfindən irəli sürülən yenilənmiş Madrid prinsiplərinə heç bir şəkildə təsir göstərmir”, - deyə Poluxov bildirib.Onun sözlərinə görə, hazırkı danışıqlar prosesinin formatı Afinada ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin, daha sonra Kanadada “Böyük səkkizliy”in sammiti çərçivəsində ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatında öz təsdiqini tapıb.Qeyd edək ki, indiyədək Azərbaycan tərəfi Rusiyanın vasitəçiliyi ilə təşkil olunan üçtərəfli danışıqlar formatından həvəslə istifadə edirdi və belə fikirlər mövcud idi ki, Kreml, nəhayət, münaqişənin həlli üçün real səylər göstərməyə başlayıb. Lakin Medvedyevin Sankt-Peterburqda ermənilərin əlinə oynaması bu ümidləri boşa çıxarır, belə məlum olur ki, Azərbaycanın dövlət başçısının həmin danışıqlardan dərhal sonra Sankt-Peterburqu tərk etməsi və ertəsi gün keçirilən beynəlxalq iqtisadi forumun açılışına qatılmaması da boş yerə deyilmiş.ABŞ-dakı Karnegi Fondunun Cənubi Qafqaz üzrə eksperti Tom de Vaal danışıqlar prosesinin indiki durumunu şərh edərkən deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tələb olunan qarşılıqlı etimad yoxdur. Onun fikrincə, danışıqlarda başlıca maneə Dağlıq Qarabağın yekun statusudur: “Məsələ burasındadır ki, iki tərəf məsələlərin 90 faizi üzərində razılığa gələ bilir. Lakin onlar heç zaman 100 faiz razılığa gələ bilməyiblər. Baxmayaraq ki, prezident Dmitri Medvedyev şəxsən müdaxilə edərək iki liderlə saatlarla Soçidə və iyunda Sankt-Peterburqda görüşlər keçirdi. İlk öncə biz Ermənistanın Azərbaycandan daha çox entuziazm nümayiş etdirdiyinin şahidi olurduq. Sonra erməni tərəfi Sankt-Peterburqda təqdim olunan sənəddən məmnunluğunu ifadə etdi. Burada fundamental problemlər var: prezidentlər sülh müqaviləsi imzalamaq istəyirmi? Onlar bir-birinə kifayət qədər etibar etmirlər. Mühit əlverişli deyil. Onlar özlərindən soruşurlar: Nə üçün mən bu sənədə imza atmalıyam? Niyə mən irəliyə doğru getməliyəm?”Ekspertə görə, fundamental problem tərəflər arasında etimadın olmamasıdır. Söhbət burada həm də təhlükəsizlik məsələsini əhatə edən təklifə dair etimadın olmamasından gedir. Həmsədrlərin görə biləcəyi işlərin hüdudu var. Qərarı prezidentlər verməlidir. Onlar uçurumdan aşağı baxır və geriyə addım atırlar. Onlar sazişə qol qoymaq istəmirlər. Tomas de Vall bildirir ki, Madrid prinsipləri anlaşma əldə etmək üçün ağıllı mexanizmdir. Sadəcə olaraq, iki tərəf fundamental hesab etdikləri prinsiplərdən əl çəkmək istəmirlər. Azərbaycan Qarabağın Azərbaycanın bir parçası olması ideyası ilə vidalaşa bilmir. Qarabağ erməniləri və Ermənistan da Dağlıq Qarabağın müstəqillik hüququ olmasından vaz keçə bilmirlər: “Madrid prinsipləri müvəqqəti status məsələsini gündəmə gətirməklə dairəni düzbucağa çevirməyə çalışdı. Lakin qarşılıqlı etimadın mövcud olmadığı şəraitdə tərəflər razılıq əldə edə bilmirlər. Onlar torpaqlardan qoşunların çəkilməsi, Laçın dəhlizi, ardıcıllıq və başqa hər şey üzərində razılaşa bilirlər. Lakin bir məsələdə danışıqlar dalana dirənir - Dağlıq Qarabağın statusu”.Ekspertə görə, digər fundamental problem münaqişə bölgəsində sülhməramlıların yerləşdirilməsidir. Onun sözlərinə görə, erməni tərəfi ilə danışanda belə təəssürat yaranır ki, xüsusən Qarabağ erməniləri arasında sülhməramlı qüvvə ideyasına etimad azdır. Onlar yalnız özlərinə güvəndiklərini deyirlər. Rusiya və ABŞ arasında da bu barədə kifayət qədər yüksək səviyyədə danışıqlar getməyib. Rusiya hələlik sülhməramlı qüvvə göndərməyə hazır olan yeganə dövlətdir. Qərb qüdrətləri yəqin ki, sülhməramlı qüvvə göndərməyə hazır deyillər. O biri tərəfdən, Azərbaycan Rusiya sülhməramlılarını qəbul etməkdə tərəddüd göstərir. Tomas de Vall qeyd edib ki, Qərbin heç zaman Dağlıq Qarabağ məsələsinə güclü marağı olmayıb. Onun fikrincə, bu elə məsələdir ki, Barak Obama və Hillari Klintonun çox vaxtını ala bilər. Və məsələnin asan perspektivləri yoxdur: “Təbii ki, onlar problemin həll edilməsini istəyirlər, amma buna sərf ediləcək səylərin həcmi başqa məsələdir. Rusiyanın bu məsələdə həvəsi dəyişkəndir. Burada Vaşinqtonda bir çoxları Rusiyanın məramlarına şübhə ilə yanaşırlar. Zənnimcə, cənab Medvedyevlə Putinin məsələyə münasibətləri arasında müəyyən fərqlər mövcuddur. Medvedyev Madrid sənədi üzərində çoxlu vaxt sərf etdi. O, Soçidə 6 saat vaxt sərf etdi. Bu, onu göstərir ki,Rusiya prezidenti məsələni ciddi qəbul etməklə Rusiyanın konfliktdəki maraqlarını vurğulayır”. Musavat
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu