SON XƏBƏRLƏR

İranda sərnişin təyyarəsi problemi

2021.10.20, 07:36
İranda sərnişin təyyarəsi problemi

Gunaz.tv

GünAzTv: İranda təyyarə qəzaları tez-tez baş verir. uçuşda olan təyyarələrin əksəriyyəti 30 il əvvəl alındığından onların fəaliyyət müddəti başa çatıb.

İrandakı Hava Nəqliyyatı Şirkətləri Həmkarlar İttifaqının katibi Mehdi Əliyari “İSNA” xəbər agentliyinə bildirib ki, “Topolof” marka sərnişin təyyarələrinin təhlükəli olması və sərnişinlərin təhlükəsizliyi ilə bağlı ötən il İran Hava Nəqliyyatı təşkilatı tərəfindən bu  təyyarələrin reysdən çıxarması barədə xəbərdarlıq olmasına baxmayaraq hələ də bununla bağlı lazımi işlər aparılmayıb. Əliyarinin sözlərinə görə bu  prosses üçün  6 ay vaxt verilsə də indiyə qədər heç bir iş aparlmayıb və lazımı olan vəsait də ayrılmayıb.

İSNA-nın məlumatına əsasən, İranda Rusiya istehsalı 26 ədəd “Topolov” tipli təyyarə hələ də istifadədir. Bu ilin may ayında bu tip təyyarələrin icarəyə götürülmüş 6 ədədi İran hava nəqliyyatından çıxarılıb. Son günlərdə də bir neçə “Boinq” və “Eyrbas” təyyarələri uçuşa buraxılıb.

Keçən ay İran Hava Reysləri Təşkilatı təyyarələrin dəyişdirilməsi üçün bu ilin budcəsindən bir milyard dolların ayrılmasının nəzərdə tutuluğuna dair xəbər versə də,  indiyə qədər bununla bağlı heç bir vəsaitin ayrılmadığı bildirilməkdədir. 

İranda təyyarə qəzaları tez-tez baş verir. Beynəlxalq sanksiyalar nəticəsində İran xarici dövlətlərdən qərb istehsalı “Boinq” və “Eyrbas” təyyarələrini və onların ehtiyat hissələrini ala bilmir. İranda uçuşda olan təyyarələrin əksəriyyəti 30 il əvvəl alındığından onların fəaliyyət müddəti başa çatıb. Inqilabdan sonra alınan bir çox təyyarələr ya digər ölkələrin köhnə təyyarələrdir, ya da Rusiya istehsalı olan “Topolov” təyyarələrdir. Bu səbəbdən İran hava reyslərində təyyarə qəzaları aktual problem kimi təhlükə törərtməyə davam edir.  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar