SON XƏBƏRLƏR

Məhbus fəal xanım Zəhra Fərəczadəyə 2 yaşlı uşağı ilə görüşmə icazəsi verilməyib

2021.10.20, 07:36
Məhbus fəal xanım Zəhra Fərəczadəyə 2 yaşlı uşağı ilə görüşmə icazəsi verilməyib

Gunaz.tv

GünAzTv: bir ay öncə rejim tərəfindən yaxalanıb həbs edilən Azərbaycanlı mədəni fəal xanım Zəhra Fərəczadə 2 yaşlı övladı ilə görüşməyə nail ola bilməyib.

 

Öncədən Təbriz ETTELAAT məmurları tərəfindən razılıq verilmiş görüş naməlum səbəbə görə baş tutmayıb.

 

Adını çəkdiyimiz xanım fəalın ailəsi onun 2 yaşlı uşağı ilə birlikdə saatlarca gözləsələrdə bu görüş baş tutmadan Təbriz Zindanın 37-ci otağını tərk etməli olublar.

 

Xatırladaq ki, Xanım Zəhra Fərəczadə 1 ay və onun həyat yoldaşı, tanınmış milli-mədəni fəal cənab Ayət Mehr Əlibəyli (Yürüş) isə artıq 72 gündür ki həbsdə saxlanılırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar