SON XƏBƏRLƏR

İran-Türkiyə qaz kəmərini PKK terrorçuları partladıb

2021.10.20, 07:36
İran-Türkiyə qaz kəmərini PKK terrorçuları partladıb

Gunaz.tv

GünAzTv: Bir zamanlar Tehranın bəslədiyi kürd terrorçuları indi İslam Respublikasına da əngəl olmağa başlayıb. Ümumiyyətlə, mütəxəssislər bildirir ki, terrorçuluğu dəstəkləyən istənilən ölkə perspektivdə bu cinayətin “bumeranq təsirinə” tuş gəlir.İran hakimiyyətinin təmsilçisi bildirib ki, Ankaranın istəyi əsasında kəmərdə yaranmış texniki problem ucbatından Türkiyəyə təbii qazın verilməsi dayandırılıb. Lent.az “Reuters”ə istinadən yazır ki, Türkiyənin İranla sərhədi yaxınlığında iki ölkə arasındakı qaz kəmərində partlayış baş verib. Qeyd edək ki, bu ilin martından hər gün İslam Respublikasından Türkiyəyə 23 milyon kubmetr “mavi yanacaq” ixrac edilir. “Kol İsrail”in məlumatına əsasən, Türkiyənin Doğubəyazit rayonu yaxınlığında baş vermiş partlayışda kürd terrorçuların əli olduğu istisna olunmur. Rəsmi Ankara baş vermiş olayın səbəbi ilə bağlı hələlik açıqlama verməyib. Bununla belə, ölkədə çıxan “Zaman” qəzeti bildirib ki, Türkiyənin təhlükəsizlik qüvvələri partlayışla bağlı məsuliyyəti terrorçu PKK-nın daşıdığını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar