SON XƏBƏRLƏR

Şəhid gizirə "Milli Qəhrəman" adı verildi

2021.10.20, 07:36
Şəhid gizirə "Milli Qəhrəman" adı verildi

Gunaz.tv

GünAzTv: Azərbaycan prezidenti İlham Əliyev müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb.“Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra)”, - deyə sərəncamda bildirilir.Prezident İlham Əliyev həmçinin Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirilməsi məqsədi ilə də sərəncam imzalayıb.“Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin. 2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin”, - deyə sərəncamda bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar