SON XƏBƏRLƏR

Moskvanın Tehrana raket satmayacağı barədə yeni xəbər yayılıb

2021.10.20, 07:36
Moskvanın Tehrana raket satmayacağı barədə yeni xəbər yayılıb

Gunaz.tv

GünAzTv: İşlər belə gedərsə, Rusiya-İran münasibəti, deyəsən, doğrudan kəskinləşəcək. Rusiyanın informasiya agentlikləri Moskvanın Tehrana raket satmayacağı barədə xəbər yayıb.    Ölkənin ali rütbəli hərbçilərinə istinad edən KİV-in xəbərinə görə, BMT Təhlükəsizlik Şurasının sonuncu 4-cü qətnaməsindən sonra RF bu addımını qətiləşdirib. Adı çəkilməyən rus hərbçisi bildirib ki, Moskva həmin sanksiyanı dəstəklədiyindən İslam Respublikasına zenit raket qurğusunun verilməyəcəyi istisna edilmir. Bu barədə Lent.az "mignews"-a istinadən məlumat yayıb.

   Qeyd edək ki, Rusiya S-300 zenit raket qurğusu ilə bağlı 2007-ci ildə İranla imzaladığı müqaviləni yerinə yetirməyib. Qərb gizli şəkildə şübhəli nüvə proqramı gerçəkləşdirən dövlətə silah satılmasına qarşıdır.    Rusiya hərbi komandanlığının təmsilçisi Aleksandr Fomin S-300 raket kompleksi haqda birbaşa danışmasa da, bildirib ki, Kreml BMT sanksiyasından sonra "böyük raket sistemlərini" satmayacaq.    Xatırladaq ki, sanksiya qəbulundan sonra Moskva hərbçiləri və diplomatları raket sistemilə bağlı Tehranla aralarındakı sövdələşmənin qüvvədə qaldığını, qətnamənin ona təsir göstərməyəcəyini bəyan edirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar