SON XƏBƏRLƏR

Azərbaycan Milli Mətbuatı 135 yaşını qeyd edir

2021.10.20, 07:36
Azərbaycan Milli Mətbuatı 135 yaşını qeyd edir

Gunaz.tv

GünAzTv: Əsası 1875-ci ildə maarifçi, böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımızın yaranmasından 135 il ötür. 135 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

Ziddiyyətli dövr keçən Azərbaycan mətbuatının inkişafı müstəqillik illərinə təsadüf edir. Məhz bu dövrdə ulu öndər Heydər Əliyevin səyi nəticəsində mətbuatda senzura ləğv edilib. Söz azadlığı, fikir plüralizmi təmin edilib. Bu fikirlər  «Heydər Əliyev və milli mətbuatın inkişafı» mövzusunda Atatürk mərkəzində keçirilən dəyirmi masada səslənib. «Mərhəmət elçisi» jurnalının təşkil etdiyi tədbirdə 135 illik tarixi olan mətbuatımızın yaranması və müasir inkişaf dinamikası barədə fikir mübadiləsi aparılıb.

Milli mətbuatın 135 illiyi ilə əlaqədar respodentlər arasında keçirilən sorğunun nəticələri açıqlanıb. Dünya Azərbaycanlıları Ictimai Mərkəzinin Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz Təmsilçiliyi və Ictimai Fikir Fondu ilə birgə keçirdiyi sorğuda 1758 respondent iştirak edib. Sorğunun  nəticələrinə görə mətbuat və ictimaiyyət nümayəndələrinə Fəxri Diplomlar verilib. Mükafata layiq görülənlər arasında İctimai televiziya və radio yayımları şirkətinin əməkdaşı Rauf Rəcəbov da var.

Azərbaycan Güləş Federasiyası da mətbuat günü ilə bağlı tədbir keçirib. Federasiya rəsmiləri jurnalistləri təbrik edərək hədiyyələr təqdim edib. Tədbirdə həmçinin Zirvəyə doğru - güləşin təbliği mövzusunda elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb. Güləş Federasiyasının rəsmiləri bu idman növünün təbliği və inkişafında göstərdiyi xidmətlərə görə media nümayəndələrinə təşəkkür edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar