SON XƏBƏRLƏR

Rusiya Ermənistan vasitəsi ilə İranla müttəfiqlik edir

2021.10.20, 07:36
Rusiya Ermənistan vasitəsi ilə İranla müttəfiqlik edir

Gunaz.tv

GünAzTv: Ermənistan müdafiə naziri Seyran Ohanyanın İran səfəri zamanı bu ölkənin rəhbəri Mahmud Əhmədinejadın yaxın zamanda Yerevana səfəri razılaşdırılıb.

 Ermənistan müdafiə naziri Seyran Ohanyanın İran səfəri zamanı bu ölkənin rəhbəri Mahmud Əhmədinejadın yaxın zamanda Yerevana səfəri razılaşdırılıb. Bu da dünya mətbuatında müzakirə predmetinə çevrilib. Qərb mətbuatının yazdığına görə, İran dünyada gedən proseslərdən məharətlə istifadə edir və bununla da diqqəti özündən yayındırmaq istəyir. İran prezidentinin Ermənistana səfərinin məqsədi də məhz budur.Xatirinizdədirsə, bir qədər əvvəl Türkiyənin Qəzza bölgəsinə göndərdiyi humanitar yardım karvanına İsrail hərbçilərinin hücumu da İran məsələsini bir qədər kölgədə qoymuşdu. Bu mənada Əhmədinejad Ermənistan səfərindən necə yararlana bilər? Səfər zamanı pərdəarxası olsa da, Qarabağ münaqişəsinə dair məqamlar ola bilərmi?Politoloq Vəfa Quluzadənin fikrincə, İran heç vaxt Qarabağda vəziyyəti qarışdıra bilməz. Ekspertin sözlərinə görə, açıq şəkildə İranla müttəfiqlik edə bilməyən Rusiya bunu Ermənistan vasitəsi ilə edir: “Qərb bilməlidir ki, onun bu qədər çox sevdiyi Ermənistan İranın ən yaxın müttəfiqidir. Çünki Rusiya Qərbə görə İranla açıq şəkildə müttəfiqlik etməkdən qorxur və Ermənistanı irəli verir. Bu yolla Rusiya İranla yanacaq, enerji, ticarət əməkdaşlığı həyata keçirir. Qərb bunu bilməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar