SON XƏBƏRLƏR

Milli-mədəni fəalların həbs müddətindən 2 ay keçdi

2021.10.20, 07:36
Milli-mədəni fəalların həbs müddətindən 2 ay keçdi

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın 4 milli-mədəni fəalının 2 aylıq müvəqqəti həbs hökmü başa çatsada, onlar hələdə həbsdə saxlanılırlar.

 

Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) şöbəsinin təknəfərlik kameralarında saxlanılan Aydın Xacei, Behbud Quluzadə, Bəhmən Nəsirzadə və Doktor Əlirza Əbdullahi barədə müstəntiq Haşimzadə onların saxlanılma müddətinin 2 aya qədər uzadıldığını bildirmişdi. Halbuki qeyd olunan müddət artıq başa çatıb.

 

Bu müddətdə adını çəkdiyimiz milli-mədəni fəalların dosyası barədə heç bir məlumat yoxdur. Hansı hüquq qanunlarına əsasən saxlanıldıqları barədə, səlahiyyətli şəxslər hər hansı bir məlumat verməyiblər.

 

Xatırladaq ki, Aydın Xacei 64, Behbud Quluzadə 63, Bəhmən Nəsirzadə 61 və Doktor Əlirza Əbdullahi isə 61 gündür ki İran rejimi tərəfindən naməlum səbəbə görə həbs ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar