Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Bakı və Ankara arasında son razılaşmadan sonra Naxçıvan Muxtar Respublikasının qazla təminatı Türkiyə vasitəsilə həyata keçiriləcək. Bunun üçün isə Türkiyədən Muxtar Respublikaya qaz kəməri çəkiləcək. Həmin kəmərlə Azərbaycan qazı Naxçıvana ötürüləcək. Bakı-Tiflis-Ərzurum kəmərindən 500 milyon kubmetr təbii qazın İqdırdan keçməklə Naxçıvana nəql edilməsini nəzərdə tutan və təxminən 200 kilometrlik boru kəmərinə dair razılaşmanı imzalamaq üçün Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb. Naxçıvanda baş tutan görüşdə "Botaş" şirkətinin baş direktoru Fazıl Şenel və neft şirkətinin prezidenti Rövnəq Abdullayev də iştirak edib. Görüş zamanı 200 kilometrlik boru xəttinin çəkilməsi üçün iki ölkə arasında sənəd imzalanıb. Türkiyəli nazir yeni boru xəttinin adının iki ölkə prezidentləri tərəfindən qoyulacağını deyib. Taner Yıldız bu addımlarla Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın daha da inkişaf edəcəyini vurğulayıb. Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov Taner Yıldızla görüşü zamanı Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin günü-gündən inkişaf etdiyini diqqətə çatdırıb. Lakin əlbəttə ki, məsələnin maraq doğuran tərəflərindən biri belə bir qaz kəmərinin hansı zərurətdən gündəmə gəlməsidir. Axı 2006-cı ilin noyabrından Naxçıvan Muxtar Respublikası İran vasitəsilə təbii qazla təmin olunur. Bunun üçün ARDNŞ Astaradan İrana müəyyən həcmdə qaz verir və bundan 15% az miqdarda "mavi yanacağ"ı Naxçıvanın Culfa şəhərində yenidən İrandan alır. Artıq 4 ilə yaxındır ki, bu sxem üzrə Naxçıvan təbii qazla təchiz edilir. Bu halda indi ekspertləri o maraqlandırır ki, nədən rəsmi Bakı yenidən çoxmilyonluq xərclərə gedərək İran marşrutuna alternativ bir infrastruktur yaradır? Bunun səbəblərilə bağlı fikirlər fərqlidir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, burada ilk əsas səbəb İranın blokada şəraitində olan Naxçıvan üçün qaz göndərilməsinə görə Azərbaycandan 15% tranzit haqqı istəməsi ola bilər: "Tranzit haqqına görə bu faiz dərəcəsi çox böyük bir rəqəmdir. Avropada həmin göstərici 5-7% arasında dəyişir, Asiyanın özündə belə ən yüksəyi 10%-dir: Bu baxımdan Naxçıvana edilən nəqlə görə Azərbaycandan 15% "zəhmət haqqı" kimi tutulması gec-tez bu layihənin gündəmdən çıxmasına dəlalət edirdi. Təbii ki, Azərbaycan rəsmi Tehranın ona bu cür münasibətini çox yaxşı başa düşürdü və onu da anlayırdı ki, İran Ermənistana barterlə (mübadilə) necə ucuz qaz satmağa razı olub. Belə ki, 1000 kubmetr qazın əvəzində 3000 kVt/saat elektrik enerjisi və ya rəsmi İrəvan üçün 1000 kubmetr İran qazı 90 dollara başa gəlir (Ermənistanda sərhəddə elektrik enerjisinin ötürülməsi hər kilovat üçün 3 sentdən çox deyil, ona görə ki, bu ölkənin elektrik enerjisi əsasən atom və hidrogeneratorlarda istehsal olduğundan, maya dəyəri çox aşağıdır), halbuki 2010-cu ildən Ermənistan "Qazprom"a analoji həcmlər üçün 184 dollar ödəyir. Ona görə rəsmi Bakı da, imkan düşən kimi, İrana öz "isti" münasibətini bildirməyi unutmurdu. Məsələn, 2008-ci ilin əvvəlində Türkmənistan qəflətən İranın şimal əyalətlərinə qaz ixracını dayandırdığı zaman ARDNŞ bu ölkəyə qısamüddətli (30 günlük) mavi yanacaq göndərilməsini kommersiya qiymətlərilə həyata keçirməyə razı oldu: 1000 kubmetr qaz üçün İran 295 dollar ödədi". Ekspert "Azadlıq" radiosunun İnternet saytında yer alan bloq yazısında ikinci səbəb olaraq onu göstərir ki, rəsmi Bakı özünə hesabat verir ki, İran hansı maraqlardan çıxış edərək Ermənistana bu cür iqtisadi yardımlar edir: "Təbii, heç kəsə gizli deyil ki, Azərbaycanın işğal olunmuş kənd və şəhərləri ermənilər tərəfindən viran edilərkən evlərin qapı-pəncərələrindən tutmuş, ta dam örtükləri və daşlarınadək hamısı İrana satılıb və bu günədək işğaldakı meşə zolaqları qırılaraq İrandakı ağac emalı fabrikinə daşınır. Bundan əlavə, hazırda İran-Ermənistan qaz kəmərinin ikinci hissəsinin inşası davam etdirilir ki, birdən Rusiyadan gələn qaz Gürcüstanda tam kəsilsə, İran qazı hesabına ölkənin mavi yanacağa olan tələbatını tam ödəmək mümkün olsun. Həmçinin, hazırda Ermənistan İranla müştərək Araz çayı üzərində (Mehri yaxınlığında) gücü 140 MVt olan yeni su elektrik stansiyasının tikintisinə hazırlaşır və Təbriz neft emalı zavodundan Mehriyə neft məhsulları kəmərinin tikintisilə bağlı layihə işləri həyata keçirir. Bir sözlə, İran hazırda Ermənistan üçün bir "nəfəslik" rolunu oynamaqdadır və Dağlıq Qarabağ məsələsinin ədalətli həllində heç "din qardaşlığı" prinsiplərinə də yaxın durmur".
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu