SON XƏBƏRLƏR

Tehran rejiminin pul köçürmələri üçün istifadə etdiyi bankın adı məlum olub

2021.10.20, 07:36
Tehran rejiminin pul köçürmələri üçün istifadə etdiyi bankın adı məlum olub

Gunaz.tv

GünAzTv: İran hökuməti çoxmilyonlu pul köçürmələri üçün Almaniyada yerləşən bankdan istifadə edirmiş. Bu haqda “Wall Street Journal” adı məxfi saxlanılan Avropa mənbələrinə istinadən xəbər verib.

 

 Belə ki, İslam ölkəsi Tehranın hərbi proqram layihələri və xüsusilə də ölkənin nüvə və raket proqramlarının inkişaf etdirilməsi məqsədi ilə Almaniyada yerləşən kiçik bir bankın xidmətindən istifadə edib. Qəzet qeyri-rəsmi məlumatlara istinad edərək yazıb ki, Hamburqda yerləşən “European-İranian Trade Bank AG” bankı dəfələrlə “İran müdafiə sənayesi təşkilatı”, “İran aerokosmik sənayesi” və “İran İnqilabı Keşikçiləri Korpusu”nun hesabına külli miqdarda vəsait köçürüb. Qeyd edək ki, adıçəkilən bütün strukturlara BMT, Avropa Birliyi və ABŞ tərəfindən qadağalar tətbiq edilib. Bundan əlavə pul köçürmələri ilə bağlı detallı məlumat verilmir. “European-İranian Trade Bank AG”ın işçiləri də hər hansı şərh verməkdən imtina edib.Ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar